Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində inamlı qələbə qazanmaq iqtidarındadır
19.09.2009 [14:06]
Dünən Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, partiya bələdiyyə seçkilərinə ciddi hazırlaşmaqdadır. Əli Əhmədov indiyədək həyata keçirilən tədbirlərin ümumən qənaətbəxş olduğunu qeyd edib.
Onun sözlərinə görə, hər bir seçkidə uğur qazanmaq insanların iqtidarın həyata keçirdiyi siyasətə verdiyi qiymətdən asılıdır: “Bu mənada qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağını inamla deyə bilərik. çünki ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanır. Azərbaycan sürətlə inkişaf edir. “Əsrin müqaviləsi”nin 15 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən Prezident İlham Əliyev vurğuladı ki, son bir neçə il ərzində ölkə iqtisadiyyatı üç dəfəyə yaxın artıb. Bu inkişaf, sadəcə, statistikada deyil, vətəndaşların həyatının köklü surətdə dəyişməsində özünü göstərir. ölkəmizin mövqeyi dünyada, xüsusilə, Cənubi Qafqaz bölgəsində daha da güclənib. Son illər həyata keçirilən siyasət nəticəsində Azərbaycanın simasi yeniləşib, müasirləşib və bütün bunlar xalqımız tərəfindən tam dəstəklənir, dövlətimizin başçısına inamı daha da gücləndirir. Bütün bunlar iqtidar partiyası olaraq YAP-ın seçkilərdə qələbəsini şərtləndirən başlıca amillərdəndir”.
Partiyanın seçkilərə yüksək əhval-ruhiyyə ilə getdiyini deyən Ə.Əhmədovun fikrincə, qazanılan uğurlar arxayınçılıq yaratmamalıdır. çünki hər bir seçki sınaqdır. Uğur əldə etmək üçün real imkanlarımızın olması ilə yanaşı, həmişə fəal seçki kampaniyası həyata keçirilib. Onun sözlərinə görə, bundan sonra da müvafiq addımlar atılacaq.
Bələdiyyə seçkilərinin digər seçkilərdən fərqləndiyini deyən YAP Sədrinin müavini vurğulayıb ki, bu seçki kampaniyasında əsas ağırlıq partiyanın yerli təşkilatlarının üzərinə düşür. Belə ki, bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşməsi, kampaniyaya rəsmi start veriləndən sonra onlar üçün imzaların toplanması, təbliğat işinin aparılması təşkilatların qarşısında duran vacib məsələlərdir. Qarşıda duran vəzifələr qanunvericiliyə uyğun şəkildə lazımi səviyyədə həyata keçirilsə, əhəmiyyətli qələbə qazanılacağına şübhə yoxdur.
YAP Sədrinin müavini partiyanın seçkilərdə müəyyən hədəflərinin olduğunu deyərək bütün bunların seçki konsepsiyasında əks olunduğunu qeyd edib. Azərbaycanda bələdiyyələrin 10 ilə yaxın bir müddətdə fəaliyyət göstərdiyini xatırladan Əli Əhmədov bildirib ki, ötən müddət ərzində bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. O, həmçinin, qeyd edib ki, yerli özünü idarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Buna görə də, növbəti bələdiyyələr də seçildikdən sonra bu meyarlara uyğun olaraq daha yüksək səviyyədə fəaliyyət göstərməlidirlər.
“ümumiyyətlə, YAP-ın bələdiyyələrdə təmsil olunan nümayəndələri bütövlükdə Azərbaycan bələdiyyələrinin sütununu təşkil edir. YAP-ın üzvləri 2004-cü ildə keçirilən seçkilərin nəticələrinə görə bələdiyyələrə seçilənlərin 60 faizə qədərini təşkil edib. Bu mənada hesab edirəm ki, bütövlükdə yerli özünüidarə orqanlarının inkişaf etməsində YAP-ın əhəmiyyətli rolu var. Məsələninin digər tərəfi ondan ibarətidir ki, bələdiyyələr Azərbaycanın həyatında yeni hadisədir. Ona görə də, bələdiyyələr daim təkmilləşməyə ehtiyac hiss edirlər. çünki onlar yeniləşmə, təkmilləşmə və kamilləşmə mərhələsindədirlər. Hesab edirəm ki, 2009-cu ilin bələdiyyə seçkiləri kampaniyası məhz bu ideyanın ab-havasına uyğun şəkildə keçirilməlidir. Bu mənada biz qarşıdan gələn növbəti bələdiyyə seçkilərini onların yeniləşməsi şüarı altında keçirmək niyyətindəyik. Azərbaycan sürətlə inkişaf edir, regionlar əhəmiyyətli dərəcədə dəyişir. İndi ölkənin bölgələri həm müasirləşən, həm də sürətli inkişaf edən regionlardır. Belə olan halda, bütövlükdə Azərbaycanın, eyni zamanda, regionların yeniləşməsi ab-havasına uyğun olaraq Azərbaycan bələdiyyələrinin də yeniləşməsinə çox ciddi ehtiyac var. Azərbaycan bələdiyyələri də öz fəaliyyətlərini yeni tələblərə uyğun qurmağa möhtacdırlar. Bu mənada seçkiləri bu yanaşma əsasında həyata keçirməyi düşünürük. Bu isə təbii ki, bir çox yeni məqamları, o cümlədən, namizədlərin seçilməsində yenilik ab-havasını şərtləndirir.
Biz belə hesab edirik ki, bələdiyyələrin böyük əksəriyyəti öz vəzifələrinin yerinə yetirilməsinə vicdanla yanaşıblar. Eyni zamanda, Azərbaycan cəmiyyəti bələdiyyələrdən daha çox şey gözləyir və bu gözləntilərin əldə olunması üçün bələdiyyələrə seçilən insanların üzərinə böyük vəzifələr düşür. Bu mənada biz namizədləri irəli sürərkən, bu meyara istinad edəcəyik və güman edirəm ki, belə yanaşma özünü doğruldacaq”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Hazırda fəaliyyətdə olan bələdiyyələrin tərkibində qadınların və gənclərin təmsilçiliyinin aşağı səviyyədə olduğunu xatırladan Əli Əhmədovun sözlərinə görə, hər iki təbəqə cəmiyyətdə böyük potensiala malikdir. Ona görə də, qarşıdan gələn seçkilərdə qadınların və gənclərin namizədliyinə daha çox üstünlük verilməlidir. O bildirib ki, Azərbaycanda əhalinin 51 faizini qadınlar təşkil etdiyi halda, onların bələdiyyələrdə təmsilçiliyi cəmi 3,8 faizdir: “Bu, çox aşağı göstəricidir. Elə rayonlar var ki, 100-dən artıq bələdiyyə üzvlərinin yalnız bir nəfəri qadındır. Bu, qəbul olunmayan mənzərədir. çünki qadınlar ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Eyni zamanda, onların dövlət strukturlarında təmsilçiliyi də qənaətbəxşdir. Belə olan halda, bələdiyyələrdə də qadınların yüksək göstəricilərlə təmsilçiliyi vacibdir. Nəzərə alsaq ki, bələdiyyələr yerli sosial məsələlərlə, məişət problemlərilə məşğul olur, qadınlar bu proseslərdə cəmiyyətə böyük töhfələr verə bilər”.
Əli Əhmədov seçkilərdə gənclərin də namizədliyinə üstünlük veriləcəyini bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda yüksək biliyə, müasir dünyagörüşünə malik olan gənc nəsil formalaşır. Belə olan halda, yerli məsələlərin həllinə müasir yanaşmalar önəmlidir: “Amma hazırda bələdiyyələrdə gənclərin təmsilçiliyi 5,4 faizdir. Bu göstəricini də dəyişmək qarşımızda duran vəzifələrdəndir. YAP-da gənclərin sayı da əhəmiyyətli dərəcədədir və onlar yüksək intellektə malikdirlər. Yerli təşkilatlarımızda bacarıqlı gənclərimiz çoxdur. Biz bu potensialdan səmərəli istifadə etməyi qarşımıza məqsəd qoymuşuq”.
Əli Əhmədov qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi siyasət və bu siyasətin xalq tərəfindən dəstəklənməsi uğurların əsasını təşkil edir: “Buna görə də, səylərimizi birləşdirərək qarşımızda duran vəzifələri uğurla yerinə yetirmək iqtidarındayıq”.
Müşavirədə seçki qanunvericiliyinə uyğun olaraq, YAP-ın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

