Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı xüsusi qanunla tənzimlənəcək
16.10.2009 [09:47]
Dünən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Komitənin sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu qanun layihəsinin üzərində ciddi iş aparlıdığını vurğulayıb. Layihənin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunduğunu deyən Z.Əsgərov sənədə müvafiq dövlət qurumlarının müsbət rəy verdiyini bildirib. Onun sözlərinə görə, bu barədə MDB Parlament Assambleyasının model qanunu var və artıq təşkilata daxil olan bəzi ölkələr-Rusiya, Qazaxıstan, Ukrayna və digər dövlətlər bu qanunu qəbul ediblər. “Sülhyaratma əməliyyatlarında iştirak edən əsgərlərimiz və zabitlərimizin fəaliyyəti bu qanunla tənzimlənəcək. Hesab edirəm ki, olduqca vacib və zəruri qanundur. Sülhyaratma əməliyyatlarında iştirak edən hərbçilərimizin statusu ilə bağlı məsələləri, əməliyyatlarda iştirakının formaları, təşkilati işlərlə bağlı məsələlər bu qanunla tənzimlənəcək”, - deyə komitə sədri vurğulayıb.
Komitənin üzvü, millət vəkili Siyavuş Novruzov qanun layihəsi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 4 fəsil, 19 maddədən ibarət olan sənəd lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir. “Azərbaycan BMT-nin və digər regional təşkilatların tamhüquqlu üzvü kimi bu proseslərə qoşulub. Bizim hərbçilər indiyə qədər ikitərəfli müqavilələr əsasında sülhyaratma proseslərində iştirak edib. Kosovada, İraqda və Əfqanıstandakı hərbçilərimizi nümunə kimi göstərə bilərik. Qanun layihəsi qəbul olunduqdan sonra sənədə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələri sülhyaratma əməliyyatlarında iştirak edə biləcəklər”, - deyə S.Novruzov bildirib.
Millət vəkili sənəddə sülhməramlılarımızın sosial müdafiəsi ilə bağlı müddəaların da olduğunu qeyd edib.
S.Novruzov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq miqyasdakı fəaliyyəti nüfuzlu təşkilatlar tərəfindən müsbət dəyərləndirilir: “Xüsusilə, bu xoş sözləri NATO Parlament Assambleyasında tez-tez eşitmək mümkündür”.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42

