/ / Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davamlı xarakter daşıyır
Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davamlı xarakter daşıyır
16.04.2020 [12:46]
Azərbaycan Prezidentinin Sərəncamı ilə sosial xidmət işçilərinin aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir
Məlum olduğu kimi, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 14 aprel tarixli Sərəncamı xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, dövlət başçısının sözügedən Sərəncamında koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon və şəhər şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Sərəncam DSMF-nin rayon və şəhər şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə isə, 2 min sosial xidmət işçisini əhatə edir.
“Hazırda koronavirus pandemiyasına qarşı bütün cəmiyyətimiz mübarizə aparır. Bu prosesdə müvafiq dövlət qurumlarının nümayəndələri də xüsusi olaraq çalışır, əsl fədakarlıq göstərirlər. Ona görə də sözügedən qurumların sosial xidmət müəssisələrində çalışan işçilərə dövlət qayğısının gücləndirilməsi çox təqdirəlayiq haldır. Onlar bu çətin günlərdə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər”,-deyə millət vəkili vurğulayıb.
“Azərbaycan dövlətinin siyasətində sosial məsələlər, vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi prioritetdir. Bu baxımdan, dövlət başçısı İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Sosial xidmət işçilərinə dövlət qayğısının gücləndirilməsinin təqdirəlayiq hal olduğunh deyən millət vəkili bildirib ki, koronavirusla mübarizə çərçivəsində görülən işlər əhalinin sağlamlığının qorunmasına xidmət edir. Onun sözlərinə görə, bu məqsədlə əsl fədakarlıq göstərən peşə sahibləri var: “Onlardan biri də ƏƏSMN-nin yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət işçiləridir. Cənab Prezidentin imzaladığı Sərəncam həmin insanlara qayğının bariz ifadəsidir”.
Kamran Bayramov söyləyib ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə sosial xidmət işçiləri səfərbər ediliblər: “Gücləndirilmiş iş rejimi şəraitində həmin kateqoriyadan olan insanlar evlərində gündəlik sosial xidmətlərlə təmin olunurlar. Bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir. Sosial xidmət işçiləri onları hər cür zəruri dəstək, yardımla təmin edirlər. Təbii ki, belə bir taleyüklü zamanda sosial xidmət əməkdaşlarının zəhmətləri alqışlanmalıdır. Cənab Prezidentin müvafiq Sərəncamı ilə onların sosial müdafiəsinin gücləndirilməsi də dövlət qayğısının daha bir nümunəsidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

