AŞPA Azərbaycanın maraqlarına zərbə vurmaq üçün əlindən gələni əsirgəmir
18.04.2020 [11:32]
Ölkəmizi qaralamaq, şantaj etmək Avropa Şurasında cəmləşən anti-Azərbaycan və ermənipərəst qüvvələrin əsas məqsədidir
Məlum olduğu kimi, Azərbaycanın yürütdüyü müstəqil və məqsədyönlü xarici siyasət əksər dünya dövlətləri və beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən Azərbaycan ədalətli mövqeyinin, haqq səsinin dünyaya çatdırılmasında xeyli uğurlar əldə edib. Lakin bəzi beynəlxaq təşkilatlar var ki, orada cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələrin səyi ilə Azərbaycana qərəzli və ikili standartlardan yanaşılır. Təəssüflər olsun ki, Avropa Şurası və AŞPA daxilində də bu cür ermənpərəst qüvvələrin səyi ilə ölkəmizə qarşı haqsız mövqe sərgilənir. Biz bunu Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində təşkil edilən “seçkilər”ə yanaşmada bir daha açıq şəkildə hiss etdik.
Məlumat üçün bildirək ki, Ermənistan hakimiyyətinin bütün beynəlxalq hüququn prinsiplərinə ziddi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər” təşkil etməsi əksər dünya ölkələri, o cümlədən Qoşulmama Təşkilatının 120 üzvü tərəfindən pisləndi və rədd edildi. Bununla yanaşı, 50-yə yaxın aparıcı beynəlxalq təşkilat, o cümlədən Avropa İtifaqı, Avropa Parlamenti, ATƏT Parlament Assambleyası “seçkilər”i tanımadığını bəyanat etdi. Belıliklə, aparıcı beynəlxalq qurumlar, o cümlədən digər Avropa təşkilatları bu “seçkilər” tanımadığı halda Avropa Şurası və Avropa Şurasının Parlament Assambleyası (AŞPA) susmağı üstün tutdu.
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışı zamanı bu məqama da toxunan dövlət başçısı deyib: “Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar”.
AŞPA 20 ilə yaxındır ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir
Əslində AŞPA-nın Azərbaycana yanaşmasında daim qərəzli mövqe sərgilədiyini nəzərə alsaq, o zaman bu qurumun qondarma “Dağlıq Qarabağ respublikasında” keçirilmiş “seçkilər”ə susqun yanaşmasında da təəccüblü heç nə yoxdur. Baxmayaraq ki, Azərbaycanın Avropa Şurasına qəbulundan keçən dövr ərzində ölkəmizin bütün beynəlxalq prinsipləri üstün tutaraq, beynəlxalq təşkilatların əksər tələb və təkliflərinin öz qanunvericiliyində əksini tapmasına şərait yaradıb. Lakin Azərbaycanla eyni vaxtda quruma üzv olan Ermənistanda insan hüquq və azadlıqları sahəsində ciddi pozuntulara AŞPA-nın göz yummasının, Azərbaycandan isə hər hansı açıqlamaya dərhal, özü də qərəzli reaksiya göstərməsinin dəfələrlə şahidi olmuşuq. Eyni zamanda AŞPA 20 il Ermənistanda hakimiyyətdə olan hərbi xunta rejiminə münasibətdə çox vaxt loyallıq göstərib, işğalçı Ermənistan hakimiyyətinin nəinki girov götürdüyü Azərbaycan vətəndaşlarına, hətta öz əhalisinə qarşı törətdiyi cinayətlərin qarşısında susmağı üstün tutub.
Bir sözlə, ölkəmizin Avropa Şurasına daxil olduqdan sonra da daim demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesində bütün addımları atmasına baxmayaraq, Avropa Şurası və AŞPA 20 ilə yaxındır Azərbaycanı qaralamaq, şər, böhtan atmaq, nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir. Belə ki, AŞPA-da vaxtaşırı Azərbaycandakı vəziyyət müzakirəyə çıxarılır, ölkəmiz qarşı qərəzli münasibəti ortaya qoyan qərar və qətnamələr qəbul edilir.
Qurumdan Azərbaycana qarşı ünvanlanan iradların heç bir əhəmiyyəti yoxdur
Qeyd edilənlərdən belə bir nəticə çıxarmaq mümkündür ki, lazım gələndə bir-iki nəfərin məktubuna münasibət bildirən AŞPA bir daha üzv dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə münasibətdə etinasız yanaşdığını ortaya qoyur. Bu səbəbdən Avropa Şurası, həmçinin AŞPA gələcəkdə Azərbaycana qarşı hər hansı bir irad bildirmək hüququnu itirmiş olur. Hətta bundan sonra ölkəmizə qarşı yenidən oxşar cəhdlərə əl atsa, Azərbaycana ünvanlanan bütün iradlar heç bir əhəmiyyət daşımayacaq.
Ən azı ona görə ki, bütün Avropa dəyərlərini tapdalayaraq uzun müddətdir ki, başqa bir dövlətin ərazisini işğal altında saxlayan, oradan qovulan qaçqınların öz torpaqlarına qayıtmaq hüquqlarını əlindən alan, qondarma “Dağlıq Qarabağ respublikası”nda “seçki” şousu düzənləyən Ermənistana qarşı adi bəyanatla belə cavab verməməsi AŞPA-nın ölkəmizə qarşı indiyə qədər qəbul etdiyi və bundan sonra da qəbul edəcəyi qətnamələri, qərarları şübhə altına almağa imkan verir. Maraqlı olan daha bir nüans var ki, AŞPA-nın Azərbaycan üzrə, Ermənistan üzrə məruzəçiləri də məsələ ilə bağlı susmağı üstün tuturlar. Məsələn, Ermənistan üzrə məruzəçilər sülh danışıqlarının getdiyi bir vaxtda, münaqişənin həlli üzrə heç bir siyasi qərar qəbul olunmadığı halda, Ermənistanın pozucu fəaliyyətinin tənqidi ilə bağlı açıqlama verə bilərdilər. Azərbaycan üzrə məruzəçilər də, həmçinin ölkəmizin işğal altında olan ərazilərində qondarma “seçikilər”i qınayan bəyanatla çıxış edə bilərdilər. Ona görə də, Azərbaycanda adi məişət zəminində hadisə baş verən kimi dərhal ağızdolusu yalan, böhtan uyduran məruzəçilərin indi susması onların da qərəzli yanaşmasından xəbər verir. Bu cür münasibətdən sonra onların Azərbaycan üzrə məruzəçi olmaq üçün ən azı mənəvi haqlarını itirdiklərini söyləmək olar.
Sözügedən müşavirədəki çıxışında bu məqama da toxunu dövlət başçısı deyib ki, Azərbaycan xalqı hər şeyi yaxşı görür: “Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir”.
Bütün qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, AŞPA-nın ayrı-ayrı üzvlərinin ermənipərəst mövqeyi, üstəgəl həmin şəxslərin ölkəmizi qaralamaq, şantaj etmək, və nüfuzdan salmaqla müşayiət olunan qərəzli yanaşması, son illərdə bu münasibətin daha da qabarıq özünü göstərməsi, ümumiyyətlə, AŞPA-nın Azərbaycanın maraqlarına zərbə vurmağı qarşısına məqsəd qoyduğunu aydın şəkildə göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

