Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünyanın aparıcı şirkətləri ölkəmizlə əməkdaşlığa xüsusi önəm verirlər

Dünyanın aparıcı şirkətləri ölkəmizlə əməkdaşlığa xüsusi önəm verirlər

23.05.2020 [13:38]

Ekspertlərin fikrincə, CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında keçirilən videokonfransda səsləndirilən fikirlər də bunu bir daha təsdiqlədi

Özünün inkişaf səviyyəsinə görə regionun lider dövləti olan Azərbaycan Respublikası beynəlxalq aləmdə də etibarlı tərəfdaş və qlobal məsələlərin həllində təşəbbüskar ölkə kimi tanınır. Dünya liderləri, aparıcı biznes və maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən həm ölkəmizin uğurlarının, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüslərinin təqdir olunması və dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsi bunu bir daha sübut edir. Bu günlərdə ABŞ Prezidenti Donalt Trampın Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanlandığı təbrik məktubunda əksini tapan, həmçinin CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında keçirilən videokonfrans zamanı səsləndirilən fikirlər ölkəmizə və şəxsən Prezident İlham Əliyevə beynəlxalq aləmdə yüksək dəyər verildiyini bir daha təsdiqləyib. Qeyd edək ki, dövlət başçısı ilə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirməsi də yüksək dəyərləndirilib.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Jalə Əhmədovanın sözlərinə görə, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan bir daha göstərdi ki, beynəlxalq əməkdaşlıq çox önəmlidir və uğurlu əməkdaşlıq üçün heç bir maneə yoxdur: “Bunu Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri, eləcə də dövlət başçısının videokonfrans formatında digər görüşləri sübut edir”.

Dünya liderləri, habelə beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərinin təqdir olunduğunu və dövlət başçısının liderlik səylərinin yüksək qiymətləndirildiyini vurğulayan J.Əhmədova bildirib ki, 28 May-Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktubunda da qeyd edildiyi kimi, Azərbaycan dünyada ən uğurlu tərəfdaş ölkələrdən biridir: “Beynəlxalq təhlükəsizlik, enerji təchizatının şaxələndirilməsi, siyasi islahatlar sahəsində 30 illik birgə fəaliyyət, habelə gələcəkdə daha çox işlər görüləcəyi barədə fikirlər ABŞ-la Azərbaycanın dostluq münasibətlərinin təzahürüdür”.

Deputat onu da deyib ki, Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin təşkil edilməsində də liderlik səylərini nümayiş etdirib: “Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevin bu şirkətin rəhbərləri ilə videokonfrans formatında görüşündə şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer bununla bağlı deyib: “Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq”. Xanım Kramer İlham Əliyev kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olmasının məmnunedici hal olduğunu vurğulayıb. O, Azərbaycan Prezidentinin təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdən olduğunu bildirib və bu işdə öndə getdiyiniə görə dövlətimizin başçısına təşəkkür edib”.

Qeyd edək ki, sözügedən videokonfransın CISCO şirkətinin təşəbbüsü ilə baş tutması isə beynəlxalq maliyyə institularının və dünyanın aparıcı şirkətlərinin də ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiyini növbəti dəfə təsdiqləyib. Elə bu şirkətin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Spərrounun videokonfrans zamanı CISCO şirkətinin Azərbaycan Respublikası ilə əməkdaşlığı fantastik olub və biz bu əməkdaşlığın davamlı olmasını arzulayırıq" sözləri buna sübutdur.

Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə deyib ki, CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda vacib məsələlər müzakirə olunub.

Bir sıra məsələlərin həlli baxımından aparılan müzakirələrin əhəmiyyətini vurğulayan S.Fətəliyeva bildirib ki, “Smart ölkə”, təhsil və kibertəhlükəsizlik məsələlərinin müzakirə oldunduğu videokonfransda, həmçinin CISCO kimi nüfuzlu beynəlxalq şirkətin Azərbaycanın müvafiq strukturları ilə çox uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb: “Şirkətin vitse-prezidenti bu əməkdaşlığın təcrübə qazanmaq baxımından əhəmiyyətini qeyd edib. O, təmsil etdiyi şirkətlə “Quantelo” şirkəti arasında həyata keçiriləcək əməkdaşlığın perspektivləri barədə də danışıb, vahid məlumatlar sisteminin yaradılması istiqamətində görülən işləri qeyd edib və bunun ümumi daxili məhsulun artımı, iş yerlərinin yaradılması və innovasiyaların tətbiq edilməsi işinə xidmət edəcəyini bildirib. Dövlətimizin başçısı İlham Əliyev də qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Prezident bildirib ki, “Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. Dövlətimizin başçısı “Smart ölkə” ideyasını və digər təşəbbüsləri də dəstəklədiyini bildirib”.

S.Fətəliyeva, həmçinin texnologiyalar dövründə CISCO şirkəti ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb, bu kimi layihələrin ölkəmizə böyük faydalar gətirəcəyini diqqətə çatdırıb.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 355 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31