/ / Nüfuzlu Avropa təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəkləyirlər
Nüfuzlu Avropa təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəkləyirlər
12.06.2020 [09:14]
Avropa Parlamentinin məruzəçilərinin qəbul etdikləri birgə bəyanat Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət həyata keçirildiyini təsdiqləyir, eyni zamanda, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırır
Xəbər verildiyi kimi, Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat veriblər. Sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış öz əksini tapıb.
Bütün dünyada böyük nüfuza malik olan Avropa Parlamentinin rəsmilərinin belə bir bəyanatla çıxış etmələri beynəlxalq hüquq normalarına əsaslanır. Müasir dünyada separatizm, bir dövlətin başqa bir ölkənin ərazisini zor gücünə ilhaq etməsi kəskin şəkildə pislənilir. Dünya birliyinin birmənalı mövqeyi belədir ki, bu kimi faktlar təhlükəli presedent yarada bilər. Azərbaycan da Dağlıq Qarabağ probleminin həllinə yanaşmada tarixi faktlarla yanaşı, beynəlxalq hüquqa, dünya birliyi tərəfindən qəbul edilən norma və prinsiplərə əsaslanaraq prinsipial mövqedən çıxış edir. Azərbaycanın mövqeyi belədir ki, münaqişə mərhələli şəkildə həllini tapmalı və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Heç bir halda işğal nəticəsində yaranan status kvonun davam etməsinə imkan verilməməlidir. Ermənistanın isə münaqişənin həllində tutduğu mövqe qeyri-konstruktivdir. İşğalçı dövlət status kvonu saxlamaq üçün müxtəlif manevrlərə əl atır. Bu, birmənalı olaraq beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Halbuki ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar substantiv nəticələrə hesablanmalıdır.
Ermənistanın müxtəlif cəhdlərlə özünün işğalçılıq siyasətinin mahiyyətini gizlətməyə çalışması, həmçinin zor gücünə zəbt etdiyi Dağlıq Qarabağda, ətraf 7 rayonda apardığı qeyri-qanuni fəaliyyət dünya birliyi tərəfindən qəbul olunmur.
Avropanın və dünyanın nüfuzlu təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. Bunu indiyədək BMT, Avropa İttifaqı, İƏT, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq qurumlar tərəfindən qəbul edilən sənədlərdən də görmək mümkündür. İndiyədək qondarma “DQR” heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bir qədər bundan əvvəl “DQR”-də keçirilən oyuncaq “prezident seçkiləri” beynəlxalq birliyin Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılan separatçı rejimə münasibətini bir daha göstərdi. Dünyanın aparıcı ölkələri, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, həmçinin Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar açıq şəkildə bəyanat verdilər ki, bu seçkilər tanınmır və Dağlıq Qarabağ Azərbaycan torpağıdır.
Bəhs olunan bəyanat da Avropa təsisatlarının ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini əks etdirir. Bəyanatda “Azərbaycanın işğal altında olan əraziləri” ifadəsi işlədilir. Bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir. Sənəd Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət həyata keçirildiyini təsdiqləyir, eyni zamanda, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırır. Avropa təsisatları, beynəlxalq ictimaiyyət artıq görür və əmindirlər ki, Ermənistan infrastrukturu dəyişdirməyə cəhd göstərməklə və qeyri-qanuni məskunlaşdırma həyata keçirməklə işğalın nəticələrini qanuniləşdirmək istəyir. Bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir və bunu qınayır.
Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistanın işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın qeyri-qanuni əməllərinə münasibət bildirməli və işğalçı dövləti beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırmalıdırlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

