Azərbaycanda turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur
02.07.2020 [09:40]
Prezident İlham Əliyev: Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq
Qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan yeni növ koronavirus (COVİD-19) infeksiyası müxtəlif sahələrdə böyük fəsadlara yol açıb. Pandemiyanın fəsadları, həmçinin qlobal iqtisadiyyatda açıq-aydın hiss olunur. Hazırda dünya miqyasında pandemiya səbəbindən mal və xidmətlərə istehlak azalıb, insanların əmək bazarına inteqrasiyası məhdudlaşıb, iqtisadi aktivlik aşağı düşüb. Nüfuzlu reytinq agentliklərinin pandemiya dövründə qlobal iqtisadiyyatdakı vəziyyətlə bağlı proqnozları heç də nikbin deyil. Onların dəyərləndirmələrinə görə, indiki dövrdə tənəzzül meylləri 2008-2009-cu illər böhranından daha dərin olacaq.
Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir
Pandemiyanın iqtisadiyyatın ayrı-ayrı sahələrinə mənfi təsiri isə daha böyükdür. Bu baxımdan turizm sektorunu xüsusilə fərqləndirə bilərik. Məlumdur ki, qeyri-neft iqtisadiyyatının bir qolu olan turizm bütün dünyada gəlirli sahələrdən biri sayılır. Verilən statistik məlumatlara görə, turizm son illərdə sürətlə inkişaf edib və ayrı-ayrı ölkələrin milli gəlirlərinin strukturunda bu sektordan daxilolmaların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Ümumdünya Turizm Təşkilatının dünyada yeni növ koronavirus pandemiyası başlamazdan öncə açıqladığı proqnozlara əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaqdı.
Qobal pandemiya bütün dünyada turizm sektorunun artım dinamikasını əhəmiyyətli dərəcədə aşağı salıb. Bu da ilk növbədə onunla bağlıdır ki, pandemiya dövründə dünya ölkələrinin çoxu öz sərhədlərini bağlayıb. 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Beləliklə, dünya miqyasında insanların səyahət etmək imkanları məhdudlaşıb. Məlumata əsasən, bu günə qədər turizm sektorunda ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir.
Yeri gəlmişkən, pandemiya dövründə turizm sektorunda yaranmış çətin vəziyyət iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında keçirilən videokonfransda geniş müzakirə edilib, postpandemiya dövründə sektorun dirçəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Turizm sektorunu pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri kimi səciyyələndirən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq. Pandemiya dövründə sərhədlərin bağlanmasının turizm sektoruna mənfi təsir göstərdiyinə diqqət çəkən dövlətimizin başçısı deyib: “Pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin, eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq”.
Ölkəmizdə pandemiya şəraitində turizm sektorunda ixtisarlara yol verməmək üçün bu sahəyə dövlət dəstəyi davam etdirilir
Qeyri-neft iqtisadiyyatında istehsal və ixrac imkanlarının artırılmasını hədəfləyən Azərbaycan gəlirli sahə olan turizm sektorunun inkişafını özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Ötən illərdə ölkəmizin turizm potensialından daha səmərəli istifadə olunmasını təmin etmək məqsədilə zəruri hüquqi baza yaradılıb. Belə ki, respublikamızda “Turizm haqqında” ayrıca qanun qəbul edilib. İndiyədək ölkəmizdə turizmin inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul edilərək böyük uğurla yerinə yetirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla ölkəmizdə ixtisaslaşdırılmış turizm sənayesinin yaradılması ilə bağlı ayrıca Strateji Yol Xəritəsi təsdiqlənib. Prezident İlham Əliyev 20 aprel 2018-ci il tarixində “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu sahədə dövlət siyasətini həyata keçirir.
Eyni zamanda, respublikamızın turist cəlbediciliyinin artırılması məqsədilə praktiki müstəvidə zəruri tədbirlər görülür. Son illərdə paytaxt Bakıda və regionlarda ən yüksək standartlara cavab verən turizm obyektləri yaradılıb, hotellər inşa olunub, yeni turist marşrutları müəyyənləşdirilib. Dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən ASAN viza sisteminin tətbiqinə başlanılması turistlərin ölkəmizə marağını daha da artırıb. Son illərdə respublikamızın böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, o cümlədən də idman yarışları Azərbaycanın turist cəlbediciliyinin artmasında mühüm rol oynayır. Statistik məlumatlara əsasən, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından və 2016-cı ildə keçirilmiş birinci “Formula 1” yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artıb. 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra isə respublikamıza müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin şəkildə artmağa başlayıb. Videokonfransda da bildirildiyi kimi, xarici turistlər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar xərcləyirlər. Bu, ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Keçən il ölkəmizə gələnlərin sayında rekord göstərici qeydə alındığını nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bildiyiniz kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb - 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir”.
Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus pandemiyası turizm sektoruna öz mənfi təsirlərini göstərir. Təəssüf doğuran haldır ki, indiki şəraitdə ölkəmizdə turizm obyektləri tam gücü ilə işləyə bilmirlər və bu səbəbdən də sektorda çalışanların sayı müəyyən qədər azalıb. Bu kimi amillər nəzərə alınaraq ölkəmizdə pandemiyanın turizm sektoruna mənfi təsirlərini azaltmaq və postpandemiya dövründə bu sektorda aktivliyi təmin etmək üçün zəruri tədbirlər görülür. Pandemiya dövründə respublikamızda turizm sahəsində işləyən insanlara maddi dəstək göstərildiyinə diqqət çəkən Prezident İlham Əliyev “Biz turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin”, - deyə bildirib.
Ölkəmizdə pandemiya dövründə daxili turizmə böyük diqqət yetirilir. Bu, turizm infrastrukturunda yaranmış boşluğu doldura bilər. Əlbəttə, pandemiyanın spesifik sahə olan turizm sektoruna vurduğu ziyanı qısa müddətdə aradan qaldırmaq çətindir. Buna vaxt lazım olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir”.
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, indiyədək respublikamızda turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf edilib, otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Turizm sahəsində əldə edilən uğurları itirmək olmaz, mövcud kadr potensialı, qazanılmış təcrübə qorunub saxlanmalıdır. Şübhə yoxdur ki, Azərbaycan hökumətinin reallaşdırdığı dəstək tədbirləri turizm sektorunda çalışan yerli sahibkarlara böyük kömək olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

