Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək
03.07.2020 [09:00]
Prezident İlham Əliyev: Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Dövlət başçısı hərbi hissə ilə tanışlıqdan sonra hərbçilərlə keçirdiyi görüşdə müharibə şəraitində yaşayan respublikamızda ordu quruculuğu, ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində aparılan məqsədyönlü siyasət barədə ətraflı məlumat verib. Xatırladılıb ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Azərbaycan əsgərləri ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə giriblər və orada möhkəmləniblər. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi işğalçılardan təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur. Bütün bu kimi faktlar Azərbaycanın işğal faktı ilə barışmayacağını və Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşmadan çıxış etdiyini bir daha təsdiqləyir. Azərbaycanın birmənalı mövqeyi ondan ibarətdir ki, münaqişə ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar substantiv nəticələrə istiqamətlənməli, torpaqlarımız işğaldan azad olunmalı və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Bəhs olunan nitqində respublikamızın prinsipial mövqeyini bir daha nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. “Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır”, - deyə dövlətimizin başçısı bildirib.
Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya son qoymalıdır
İnkaredilməz həqiqətdir ki, işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan zəbt etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğuldur. Ermənilərin beynəlxalq hüquq normalarına zidd əməllərindən biri də işğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşma aparmalarıdır. Təbii ki, bu cür cəhdlər qətiyyən yolverilməzdir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini ifşa etmək, Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətləri dünya birliyinin nəzərinə çatdırmaq və münaqişənin tezliklə ədalətli həllinə nail olmaq üçün bütün beynəlxalq platformalardan maksimum dərəcədə istifadə edir. İyunun 18-də keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti də istisna olmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdəki çıxışında Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğulayıb və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirib. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışından sonra hərbiçilərlə görüşdəki nitqində isə bildirib ki, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. “Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, ermənilər tarixi faktları saxtalaşdırmaq, toponimlərimizi dəyişdirmək, mədəni-dini abidələrimizi müxtəlif saxta yollarla özününküləşdirmək cəhdlərinə əvvəllər də əl atıblar. Beləliklə,ermənilər əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə Azərbaycan toponimlərini dəyişdiriblər, orada yeni dırnaqarası sərhədlər çəkiblər. Onlar bu kimi əməllərlə tarixi abidələrimizi, yaşayış məskənlərimizin adlarını erməniləşdirmək istəyirlər.
Yeri gəlmişkən, ermənilərin işğal etdiyi ərazilərimizdə qeyri-qanuni fəaliyyətlə məşğul olmaları və burada qanunsuz məskunlaşma aparmaları beynəlxalq miqyasda sərt şəkildə qınanılır. Bir qədər bundan əvvəl Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat vermələri bunu bir daha təsdiqləyir. Qeyd edək ki, sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış öz əksini tapıb. Prezident İlham Əliyev hazırda beynəlxalq təşkilatların münaqişələrin həllində ərazi bütövlüyü prinsipinə üstünlük verdiklərinə diqqət çəkərək vurğulayıb: “Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik”.
Hazırda Ermənistanda diktatura hökm sürür
Forpost dövlət olan Ermənistanın hazırkı rəhbərliyi bu ölkənin əsl simasını gizlətmək üçün vaxtaşırı “demokratiya”dan danışır, əslində isə,burada demokratiyadan və insan hüquqlarından əsər-əlamət yoxdur. Ermənistanda demokratik inqilab olması ilə bağlı iddialar yalandır. Forpost dövlətin indiki hakimiyyətinin xarici dairələrdən idarə olunduğunu hər kəs bilir. Bu ölkənin hazırkı rəhbərlərinin tərcümeyi-halına baxsaq, onların hansı fondlarla işlədiklərini, kimdən pul aldıqlarını aydın şəkildə görə bilərik. Postsovet məkanında dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdırlar. Diqqət yetirək: bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, Ermənistanın indiki rəhbərləri kimlərdir. Ermənistanda hüquqların hər addımda pozulduğunu təsdiqləyən faktları saymaqla qurtaran deyil. Bu ölkədə hakimiyyətin siyasi opponentləri təqib olunur, həbsə alınır, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Eyni zamanda, Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, hakimiyyətin qolları artıq bir adamın əlindədir. Bütün bu kimi faktlara istinad edən Prezident İlham Əliyev vurğulayıb ki, hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır.
Bugünkü Ermənistanın siması, həmçinin korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kimi halların kütləvi xarakter alması ilə səciyyələnir. Bu ölkədə qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, pullarıını xüsusi yaradılmış fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Ermənistanın baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib.
Bunlarla yanaşı, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Bunu təsdiqləyən çoxlu sayda faktlar sadalamaq mümkündür. 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardırlar, oğrudurlar, quldurdurlar. Onların bir çoxu həbs edilib. Bu ölkənin generalları oğru, qəhrəmanları cinayətkar, prezidentləri rüşvətxordurlar. Bir halda ki, 20 il ərzində bir ölkəyə quldurlar, rüşvətxorlar və cinayətkarlar rəhbərlik ediblər, bu ölkəyə nə ad vermək olar?
Hazırda forpost dövlət dərin böhran içindədir. İşğalçı ölkə özü-özünü saxlaya, öz sərhədlərini qoruya bilmir. Forpost dövlətdə iqtisadiyyat düzgün qurulmayıb, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayırlar. Ermənistanda, həmçinin demoqrafik böhran pik həddə çatıb, insanlar bu ölkəni tərk edir və təbii azalma baş verir. Hazırda bu ölkənin real əhalisi 2 milyon nəfərdən azdır. Beləliklə, Ermənistanda inkişaf perspektivləri yoxdur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

