/ / Azərbaycan pandemiya ilə qlobal mübarizədə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfələr verir
Azərbaycan pandemiya ilə qlobal mübarizədə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfələr verir
09.07.2020 [10:04]
“Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizədə atdığı mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2000 çarpayılıq 10 modul tipli xəstəxana kompleksindən artıq bir neçəsi istifadəyə verilib. Belə modul tipli xəstəxanalar koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və əlaqələndirmənin təmin edilməsində önəmli rol oynayır”. Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda 800 çarpayılıq 10 korpusdan ibarət modul tipli hospitalın açılışında iştirak etməsi dövlətimizin vətəndaşların sağlamlıq və təhlükəsizliyinin qorunmasına olan qayğısının daha bir nümunəsidir: “Açılış mərasimindən sonra dövlət başçısı 3 yerli telekanala verdiyi əhatəli və məzmunlu müsahibədə nəinki ölkə daxilində, eləcə də müasir dünyamızda baş verən prosesləri geniş təhlil etdi”.
A.Vəliyev diqqətə çatdırıb ki, son illərdə respublikamızda səhiyyə sahəsində xeyli iş görülüb, infrastruktur yenidən qurulub: “Belə ki, ölkədə 36 müasir xəstəxana inşa edilib. Qısa müddət ərzində 5000-dən çox xəstəni yerləşdirməyə imkan verəcək modul tipli xəstəxanaların sayı 15-ə, laboratoriyaların sayı isə 44-ə çatdırılacaq. Bu günədək ölkəmizdə 500 mindən çox test aparılıb ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təxminən 40- cı yerdə qərarlaşıb”.
“COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması istiqamətlərində zəruri preventiv tədbirlərin görülməsi bütövlükdə vəziyyəti nəzarət altında saxlamağa imkan verib. Azərbaycan nəinki milli səviyyədə pandemiya ilə mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfələr verir. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir”, - deyə deputat bildirib.
Milli Məclisin deputatı xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin digər təşəbbüsləri ilə yanaşı, qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifinin 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir: “Hazırda bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsi özünütəcridin və təcavüzkar mahiyyətinin nümunəsidir. Təbiidir ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən, xalqımıza və ölkəmizə nifrətin təzahürü olan ksenofobiya və Azərbaycanafobiyadır”.
Ağalar Vəliyev bildirib ki, hər zaman çıxışlarında tarixi faktlara əsaslanan dövlət başçısı bir daha Ermənistanın və erməni lobbisinin iç üzünü, işğalçı dövlətin antidemokratik və irticaçı mahiyyətini tutarlı arqumentlərlə ifşa etdi: “Dünya birliyinə və beynəlxalq qurumlara səslənən Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın antiinsani və antibəşəri addımlarına layiqli cavab verilməsinin zəruriliyini bəyan edib”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

