/ / Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır
09.07.2020 [10:05]
Prezident İlham Əliyev: Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
Məlum olduğu kimi Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqedən çıxış edir. Belə ki, ölkəmiz Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan mövcud status kvo - bütün dünya tərəfindən tanınan ərazilərimizin 20 faizinin zor gücünə zəbt olunması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın özünün ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə bağlı prinsipial mövqeyinin heç vaxt dəyişməyəcəyini bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. “Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyə dövlətimizin başçısı bildirib.
Dağlıq Qarabağı Ermənistana bağlayan hansısa bir tarixi məqam yoxdur
Müqayisə apardıqda aydın şəkildə görünür ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin yanaşması mükəmməldir, işğalçı dövlətin mövqeyi isə qüsurludur. Bunu şərtləndirən amillər sırasında tarixi faktların önəmini xüsusi qeyd edə bilərik. Dağlıq Qarabağdakı yer adları, həmçinin əcdadlarımızın burada yaratdıqları maddi və mədəniyyət abidələri, tarixən formalaşan adət-ənənələr bu yerlərin aborogen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. Yaxşı haldır ki, Dağlıq Qarabağın şəhər və kəndlərində xalqımızın yaratdığı abidələrin hamısı sənədləşdirilib və elə buna görə də ermənilərin tarixi saxtalaşdırmaq, bəhs olunan mədəniyyət nümunələrini öznünküləşdirmək cəhdləri daim fiaskoya uğrayır.
Ermənilər bugünkü işğal faktına haqq qazandırmaq üçün tarixi saxtalaşdırırlar, faktları alt-üst edirlər, yalanlarla özlərini və beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Hətta ermənilər o qədər yalan danışıblar ki, bəzi hallarda özləri öz yalanlarına inanırlar. Ancaq faktlar erməni tarixçilərinin və siyasətçilərinin uydurmalarını tamamilə təkzib edir. Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinə keçdiyi mükəmməl tarix dərsi hər kəsin yadındadır. Həmin konfransdan sonara Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Tarixə ekskurs edərək xatırladaq ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə yazılmayıb. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib.
Başqa bir tarixi fakta diqqət yetirək: 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni alimləri tarixi özlərisayağı saxtalaşdırmağa çalışaraq bu qərarı Dağlıq Qarabağın Azərbaycana verilməsi kimi şərh etməyə çalışırlar. Halbuki, bu, belə deyil. Bəhs olunan sənəddə söhbət Dağlıq Qarabağın məhz Azərbaycanın tərkibində saxlanılmasından gedir. Bundan sonra 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
Deyilənlərdən də göründüyü kimi, Dağlıq Qarabağı Ermənistana bağlayan hansısa bir tarixi məqam yoxdur. Əksinə, həm buradakı yer adları, həm də tarixi sənədlər Dağlıq Qarabağın məhz Azərbaycana məxsus olduğunu təsdiqləyir. Bu gün Ermənistanın işğalına məruz qalan ölkəmiz məhz tarixi ədalətin bərpa olunmasını istəyir və bundan ötrü prinsipial mövqe tutaraq bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Prezident İlham Əliyev birmənalı şəkildə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. “İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”, - deyə dövlətimizin başçısı bildirib.
Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü açıq-aydın dəstəkləyən sənədlər qəbul ediblər
Müasir dünyada separatizm, bir dövlətin başqa bir ölkənin ərazisini zor gücünə ilhaq etməsi kəskin şəkildə pislənilir. Dünya birliyinin birmənalı mövqeyi belədir ki, bu kimi faktlar təhlükəli presedent yarada bilər. Azərbaycan da Dağlıq Qarabağ probleminin həllinə prinsipial yanaşmasında tarixi faktlarla yanaşı, beynəlxalq hüquqa, dünya birliyi tərəfindən qəbul edilən norma və prinsiplərə əsaslanır. Ermənistanın isə münaqişənin həllində tutduğu mövqe qeyri-konstruktivdir və beynəlxalq hüquqa ziddir.
Ermənistanın müxtəlif cəhdlərlə özünün işğalçılıq siyasətinin mahiyyətini gizlətməyə çalışması, həmçinin zor gücünə zəbt etdiyi Dağlıq Qarabağda və ətraf 7 rayonda apardığı qeyri-qanuni fəaliyyət dünya birliyi tərəfindən qəbul olunmur. Avropanın və dünyanın nüfuzlu təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. Bunu indiyədək mötəbər beynəlxalq qurumlar tərəfindən qəbul edilən sənədlərdən də görmək mümkündür. İndiyədək qondarma “DQR” heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu yaxınlarda “DQR”-də keçirilən oyuncaq “prezident seçkiləri”inin tanınmaması da beynəlxalq birliyin Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılan separatçı rejimə münasibətini bir daha göstərdi.
Beynəlxalq birliyin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada sərgilədiyi ədalətli mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev “Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir”, - deyə vurğulayıb.
Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir
Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozur. Təəccüb doğuran odur ki, ATƏT-in Minsk qrupu işğalçı dövlətin yanaşmasına adekvat münasibət sərgiləmir. Buna diqqət çəkən Prezident İlham Əliyev “O ki qaldı, Minsk qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik”, - deyə bildirib.
Azərbaycanın dövlət başçısı Ermənistan tərəfinin iki ildir danışıqların formatını dəyişmək istədiyini xatırladıb. İşğalçı dövlətin rəsmiləri tərəfindən bəyan edilir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. ATƏT-in Minsk qrupu tərəfindən buna adekvat cavab verilirmi? Təəssüf ki, yox, verilmir! ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər.
Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deməklə danışıqların mahiyyətini tamamilə yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri əslində danışıqları əhəmiyyətsiz edir. Sual olunur: Buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağda saxta seçkilər nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Bəs buna adekvat cavab verilir, yoxsa yox?! Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil. Halbuki, BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub. Məgər ATƏT-in Minsk qrupu özünü BMT-nin Nizamnaməsindən üstün hesab edir?
Daha bir vacib məsələ ondan ibarətdir ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama verirlər, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri işğal altındakı ərazilərə gətirib və onları orada zorla saxlayır. Ermənilər bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikirlər. ATƏT-in Minsk qrupu tərəfindən buna reaksiya varmı? Yoxdur.
Azərbaycan danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini əsas götürür. Ölkəmiz dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun guya fəaliyyətdə olmasını görüntüsü yaradır. Hamı bilməlidir ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

