Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “TRT HABER” Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki gərginliklə bağlı reportajlar yaymaqda davam edir

“TRT HABER” Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki gərginliklə bağlı reportajlar yaymaqda davam edir

18.07.2020 [01:53]

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi əsasında yaranan gərgin hərbi vəziyyət barədə Türkiyənin aparıcı “TRT HABER” televiziya kanalı xüsusi reportajlar yaymaqda davam edir.

AZƏRTAC xəbər verir ki, reportajlarda Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı və düşmən hücumunun qarşısının alınmasına dair tapşırıqları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş verənlərlə bağlı təcavüzkar Ermənistana xəbərdarlıq xarakterli çıxışı, işğalçı ordunun Tovuz istiqamətində Azərbaycanın yaşayış məskənlərini və dinc əhalini atəşə tutması, dağıntılar, ordumuzun düşmənə qətiyyətli cavabları, o cümlədən beynəlxalq təşkilat rəhbərlərinin narahatlığını ifadə edən mövqeləri, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və onun fəsadları barədə məlumatlar, həmçinin erməni mərmiləri ilə evləri dağıdılan sakinlərin ifadələri yer alır.

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31