/ / Prezident İlham Əliyev: Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir
Prezident İlham Əliyev: Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir
25.07.2020 [00:11]
Azərbaycan tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanaraq münaqişənin tam həll edilməsinə və ölkənin ərazi bütövlüyünün təmin olunmasına çalışır
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də və sonrakı günlərdə düşmən ölkənin hərbi birləşmələrinin törətdikləri təxribatlar bir daha təsdiqlədi ki, Dağlıq Qarabağ münaqişəsi sabitlik və regional təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Nə qədər ki, Ermənistan təcəvüzkar siyasətindən əl çəkməyib, silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayıb,düşmən ölkənin belə təxribatlara əl atması da gözləniləndir.
Azərbaycan mövqeyi qəti, konkret və birmənalıdır: mövcud status-kvo sonsuzluğa qədər davam edə bilməz, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdəki çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin prinsipial mövqeyini bir daha nəzərə çatdırıb. Dövlət başçımız bildirib ki, bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. “Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İşğal altındakı bütün torpaqlar istisnasız olaraq azad edilməlidir
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində ardıcıl və prinsipial yanaşma sərgiləməkdə əsas məqsədi Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə nail olmaqdır. “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Respublikamız Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşmadan çıxış edərkən iki mühüm amilə əsaslanır. Bunlar tarixi ədalət və beynəlxalq hüquq normalarıdır. Qeyd olunan amillər münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda ölkəmizə böyük üstünlüklər qazandırır. Bu gün müxtəlif dairələrdə birmənalı şəkildə etiraf olunur ki, münaqişənin həllində Azərbaycanın mövqeyi haqlı, ədalətli yanaşmaya əsaslanır və mükəmməldir, Ermənistanın mövqeyi isə qüsurludur.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, dağlıq və aran Qarabağ bütöv bir vəhdət təşkil edir. Burada xalqımızın həyat tərzi, yaşam fəlsəfəsi, məişəti ilə bağlı çoxəsirlik ənənələr formalaşıb. Bütövlükdə, Qarabağ bölgəsində tarixən yaradılan mədəniyyət nümunələrinə, daş abidələrə, nəsillərdən-nəsillərə ötürülən folklor nümunələrinə, toponimlərə istinadən deyə bilərik ki, bu yerlərin aborogen sakinləri məhz azərbaycanlılar olublar. Yaxşı haldır ki, Dağlıq Qarabağın şəhər və kəndlərində xalqımızın yaratdığı abidələrin hamısı sənədləşdirilib və elə buna görə də ermənilərin tarixi saxtalaşdırmaq, bəhs olunan mədəniyyət nümunələrini öznünküləşdirmək cəhdləri daim fiaskoya uğrayır.
İndi isə tarixi sənədləri xatırladaq. İnformasiya mənbələrində hamı üçün əlçatan olan tarixi sənədlərdən də görünür ki, ermənilər Dağlıq Qarabağa sonradan köçürülüblər və burada, əlbəttə ki, siyasi amillər əsas rol oynayıb. Xatırladaq ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə yazılmayıb. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib.
Başqa bir tarixi fakta diqqət yetirək: 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni alimləri tarixi özlərisayağı saxtalaşdırmağa çalışaraq bu qərarı Dağlıq Qarabağın Azərbaycana verilməsi kimi şərh etməyə çalışırlar. Halbuki bu, belə deyil. Bəhs olunan sənəddə söhbət Dağlıq Qarabağın məhz Azərbaycanın tərkibində saxlanılmasından gedir. Bundan sonra 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
Yuxarıda bildirdiyimiz kimi, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi prinsipial yanaşmada istinad etdiyi digər vacib məqam beynəlxalq hüquqdur. XXI əsrdə bir ölkənin zor gücünə qonşu dövlətin ərazilərini ilhaq etməsi, separatizmə rəvac verməsi dözülməz haldır. Bu, işğalçının açıq-aşkar beynəlxalq birliyə qarşı meydan oxuması, bütün dünya dövlətləri tərəfindən qəbul olunan prinsiplərə və sənədlərə məhəl qoymaması anlamına gəlir. Məhz buna görə də Ermənistanın müxtəlif cəhdlərlə özünün işğalçılıq siyasətinin mahiyyətini gizlətməyə çalışması, həmçinin zor gücünə zəbt etdiyi Dağlıq Qarabağda və ətraf 7 rayonda apardığı qeyri-qanuni fəaliyyət dünya birliyi tərəfindən qəbul olunmur. Avropanın və dünyanın nüfuzlu təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. Bunu mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT, ATƏT, Avropa İttifaqı, İƏT, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilən sənədlərdən də görmək mümkündür. İndiyədək qondarma “DQR” heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu yaxınlarda “DQR”-də keçirilən oyuncaq “prezident seçkiləri”inin tanınmaması da beynəlxalq birliyin Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılan separatçı rejimə münasibətini bir daha göstərdi. Prezident İlham Əliyev bütün bu kimi məqamlara istinad edərək bildirib ki, bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq. “Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Ordusu öz üstünlüyünü növbəti dəfə nümayiş etdirdi
Müharibə şəraitində yaşayan Azərbaycanda güclü ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamızda ordumuzun müasir silahlarla təchizatını yüksək səviyyədə təmin etmək, eləcə də şəxsi heyətin sosial müdafiəsini gücləndirmək üçün dövlət büdcəsindən böyük həcmlərdə maliyyə vəsaiti ayrılır. Bu gün silahlı qüvvələrimizin arsenalında həm xarici istehsalçılardan alınan, həm də ölkəmizin müdafiə sənayesində buraxılan müasir silahlar var. Ümumiyyətlə, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Təsadüfi deyildir ki, nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının sıralamasında 50 pillədə qərarlaşıb.
Eyni zamanda, milli ordumuz üçün kadr hazırlığı diqqət mərkəzində saxlanılır. Son illərdə çoxlu sayda hərbiçimiz Azərbaycana dost olan ayrı-ayrı ölkələrin nüfuzlu hərbi akademiyalarında təhsil alaraq yüksək nəzəri biliklərə və praktiki vərdişlərə malik mütəxəssislər kimi respublikamıza geri dönüblər. Onlar bu gün silahlı qüvvələrimizdə uğurla xidmət göstərirlər.Düşmənin son təxribatlarının qarşısının alınmasında müxtəlif ranqlardan olan hərbiçilərin, o cümlədən də general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin həlak olması bir daha onu göstərir ki, Azərbaycan Ordusunda ayrı-seçkilik yoxdur, lazım gəldikdə yüksək rütbəli zabitlərimiz də döyüşlərə atılırlar. Azərbaycan xalqı belə qəhrəman oğulları ilə fəxr edir. Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığına istinad edən Prezident İlham Əliyev bildirib: “Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər”.
Son illərdə Azərbaycan Ordusu özünün yüksək səviyyəsini qoşunların təmas xəttində bilavasitə döyüş meydanlarında nümayiş etdirir. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi düşmən qüvvələrindən təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur.
Azərbaycan Ordusunun Tovuz istiqamətində apardığı qisas əməliyyatı düşmənə növbəti dərs oldu. Belə ki, silahlı qüvvələrimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən ölkənin hərbi birləşmələrinin növbəti təxribatının qarşısını qətiyyətlə aldı. Təxribat törədən düşmən qüvvələriinin niyyəti bəlli idi - onlar mövqelərimizi ələ keçirmək istəyirdilər. Ancaq onların istəyi baş tutmadı.Vəziyyyəti düzgün qiymətləndirən Azərbaycan Prezidenti, Ali Baş Komandan qisas əməliyyatı keçirməklə bağlı əmr verdi. Ordumuz bu dəfə də verilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirdi. İtkilərimiz olsa da, düşmən geri otuzduruldu. Ordumuzun növbəti rəşadətindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vuulayıb: “Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib”.
Sonda onu da vurğulamaq yerinə düşər ki, silahlı qüvvələrimizin Tovuz istiqamətində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirməsi Azərbaycan cəmiyyətində yüksək ruh yüksəkliyi yaradıb. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri, ələlxüsus da gənclər ordumuza, dövlət başçımıza, Ali Baş Komandana böyük dəstək nümayiş etdirirlər. Bu günlərdə gənclərin dövlət başçısının çağırışına qoşularaq ön xəttə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət ünvanlamaları və qeydiyyatdan keçmələri qürurverici haldır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

