Azərbaycanda həyata keçirilən islahatların ən önəmli istiqamətlərindən biri kadr islahatlarıdır
27.08.2020 [09:06]
Hazırda ölkəmizdə həyata keçirilən islahatların ən önəmli istiqamətlərindən biri kadr islahatlarıdır. Kadr islahatları mərhələsində biz yeni keyfiyyət dəyişikliklərini müşahidə etməkdəyik.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat diqqətə çatdırıb ki, uzun illər Azərbaycan ictimaiyyətinin alışdığı xüsusi bir məmur obrazı formalaşmışdı. Bu, eyni zamanda, əvvəlki dönəmlərdə Azərbaycan məmurunun mənimsədiyi bir obraz idi. Belə məmur obrazı klassik, mühafizəkar və ictimaiyyət tərəfindən bəzi hallarda tənqidə məruz qalan obraz kimi qəbul olunurdu.
Hikmət Babaoğlunun sözlərinə görə, hazırda cəmiyyətdə ictimai nəzarət funksiyası artdıqca, yeni ictimai tələblər yarandıqca, yeni keyfiyyətdə məmur obrazının formalaşması da aktuallaşıb. “Bu, hər şeydən əvvəl Azərbaycanda mövcud olan və islahatlar həyata keçirən ali siyasi iradə ilə bağlıdır. Çünki hazırkı mərhələdə dəyişən və inkişaf edən, yeniləşən Azərbaycanda köhnə məmur tipinin mövcud olması əsla mümkün deyil. Ona görə də düşünürəm ki, son bir neçə ildə həyata keçirilən yeni təyinatlar yeni məmur obrazını yaratmağı bacarıb və bu obraz xalq tərəfindən qəbul olunur. Belə məmur obrazı xalqın içərisində olan, onun problemlərini həll edən obrazdır. Bu, həmçinin Azərbaycan Prezidentinin həmişə xüsusi olaraq vurğuladığı kimi, xalqa xidmət edən məmur obrazıdır. Bu isə böyük nailiyyətdir”, - deyən deputat bildirib ki, avqustun 24-də Prezident İlham Əliyev yeni icra başçılarını onlayn formatda qəbul edərkən müxtəlif əhəmiyyətli məsələlərə toxunaraq bir daha ümumilikdə bütün məmurlar üçün ciddi xəbərdarlıq və tövsiyələrini bir daha səsləndirdi. Dövlətimizin başçısı rayon icra hakimiyyəti başçılarına hər bir kəndi gəzib problemləri ilə maraqlanmaları barədə xüsusi tövsiyə verdi. Rayonlara sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin yaradılması ilə əlaqədar tapşırıq və tövsiyələr də diqqətdən yayınmadı. Bu prosesdə hüququn bir daha xatırladılması isə tamamilə yerində vurğulanan məqam idi. Çünki hüquq və ədalət olmayan yerdə intizam və nümunəvi iş də olmayacaq.
“Düşünürəm ki, Azərbaycan Prezidentinin məmurlara bir daha xəbərdarlıq etməsi, son günlərə qədər davam edən bəzi icra hakimiyyətləri başçılarının özlərindən əvvəlki həmkarları ilə birgə baş verən hadisələrdən özləri üçün ibrət dərsi götürməmələri ilə bağlı idi. Məsələn, Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri kimi. Bu səbəbdən də hüququn bir daha xatırladılmasını hamıya şamil olunan məsələ kimi qiymətləndirərdim - xüsusən də məsul vəzifədə çalışan şəxslərə. Bu da Azərbaycanın hüquqi dövlət fəlsəfəsindən və hüququn üstünlüyü prinsipindən irəli gəlir”, - deyə Hikmət Babaoğlu fikirlərini tamamlayıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

