Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və qürurlu tariximizə yazılan həqiqətdir
16.09.2020 [09:18]
Türkiyə-Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi, ilk növbədə, tarixi faktlara söykənir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Bakının erməni daşnaklarından və onların xarici havadarlarının işğalından xilas olunmasına münasibət bildirərkən deyib.
“Tarixi həqiqətdir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həmlələrdən müdafiəsində və möhkəmlənməsində o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak etmişdi”, - deyən Bəhruz Quliyev bildirib ki, həmin dövrlərdə Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərdi, onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə gedən ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bu qürur, qəhrəmanlıq salnaməsi “bir millət, iki dövlət” prinsipinin yaranmasına təkan verdi. Siyasi ekspert deyib: “Baxın, 100 il sonra - 2018-ci il sentyabrın 15-də Bakının Azadlıq meydanında təşkil olunan möhtəşəm paradda Azərbaycan və Türkiyənin Silahlı Qüvvələri hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirakları və çıxışları bu mühüm tarixə verilən böyük dəyər, Azərbaycan-Türkiyə birliyinin daha bir təsdiqi idi. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir. O cümlədən paraddakı çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu şərəfli tarixin 100-cü ildönümündə də biz birlikdəyik. Bəli, bu birlik artıq sarsılmaz və qürurlu tariximizə yazılan həqiqətdir”.
“Qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə inkişafı özünü bu ilin iyulunda Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın təxribat cəhdi zamanı tam mənada göstərdi, qardaş dövlət bu dəfə də Azərbaycanın yanında olduğunu bəyan etdi”, - deyən Bəhruz Quliyev əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Ankara daim ölkəmizin yanında olduğunu bəyan edib: “Lakin daha bir fakt budur ki, Türkiyə bu məsələdə ən ali mövqelərdən bəyanatlar səsləndirdi və həmin bəyanatlar bizi istəməyən qüvvələrə bir mesaj oldu. Əbəs deyil ki, bu gün Ermənistan rəhbərliyi ciddi sarsıntı keçirir və Azərbaycan-Türkiyə qardaşlığından təlaşlanır, qorxur, çəkinir. Çünki düşmən yaxşı bilir ki, iqtisadi, siyasi, hərbi sahələrdə analoqu olmayan strateji əməkdaşlıq və müttəfiqlik edən Türkiyə ilə Azərbaycanın birliyi dünyada söz sahibinə çevrilmiş gücdür”.
“Azərbaycan ilə Türkiyə arasında xüsusilə hərbi sahənin bir çox istiqamətlərindəki əməkdaşlığı keçirilən təlimlərdə də öz əksini tapır”, - deyə xatırladan “SƏS” qəzetinin baş redaktoru bildirib ki, bu reallıq özünü hərbi təhsil sahəsində də özünü sübuta yetirib. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı yüzlərlədir. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan Ordusu üçün zabit kadrlarının hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynayır. O cümlədən Türkiyənin zabit heyətləri təlimlər zamanı Azərbaycan hərbçiləri ilə birgə fikir mübadilələri aparır, hərbi sahənin mühüm məqamlarını bölüşürlər. Qeyd edim ki, bu cür hərbi əməkdaşlıq hətta fəaliyyət göstərən hərbi birlik və qurumlarda belə mövcud deyil. Belə ki, Azərbaycanın Türkiyənin terrorla mübarizəsini dəstəkləməsi hər iki ölkənin ortaq və strateji maraqlarından irəli gəlir. Bu gün PKK, FETÖ və bu kimi digər təşkilatların qardaş ölkəyə törətmək istədiyi təhlükələrin qarşısının alınmasında Azərbaycan daim öz dəstəyini nümayiş etdirib. Bu, həqiqətdir. O da həqiqətdir ki, Türkiyə və Azərbaycanın düşmənlərinin öz çirkin niyyətlərini həyata keçirmək üçün əlverişli ərazi kimi Ermənistanı seçməsi, burada toplaşması heç də təsadüfi deyil. Bu baxımdan, Azərbaycanın terrora qarşı mübarizəsi və tutduğu yol daim birmənalı olduğu kimi, Türkiyə ilə birgədir. Türkiyənin beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, tələblər irəli sürməsi, ikili standartların yaratdığı problemləri aradan qaldırmağa çalışması günümüzün reallıqlarındandır.
“Daha bir uğurlu tandem budur ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun xarici siyasətinə də müsbət təsir göstərir və bu, özünü Azərbaycan-Türkiyə münasibətlərində də sübut edib”, - deyən Bəhruz Quliyev vurğulayıb ki, bu əlaqələr daha da inkişaf edir. İqtisadi əlaqələr genişlənib, enerji layihələri reallaşdırılır. TANAP layihəsi ilə bağlı razılaşma məhz Türkiyə Prezidenti Ərdoğanın hakimiyyəti dövründə imzalandı. Azərbaycan Türkiyəyə böyük yatırımlar qoydu. Böyük nəqliyyat layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdü. Birmənalı şəkildə demək olar ki, bu gün Qara dəniz-Xəzər dənizi bölgəsində Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Bu, həm də Türkiyə və Azərbaycan birliyinin bariz nümunəsinin möhtəşəm təntənəsidir.
Biz bu gün fəxrlə deyə bilərik ki, Xəzər hövzəsinin, Azərbaycanın zəngin neft və qaz məhsullarının dünya bazarlarına iki dost ölkə - Gürcüstan və Türkiyə ərazisindən nəql olunması ideyasının əsasında da Azərbaycan dövləti dayanır. Transmilli nəqliyyat-kommunikasiya layihələri Türkiyə və Gürcüstanın enerji, transmilli nəqliyyat və dəhliz tələbatlarının ödənilməsi problemlərini həll etməklə yanaşı, həm də beynəlxalq enerji-nəqliyyat qovşağı kimi hər üç ölkənin dünyadakı geosiyasi və geoiqtisadi nüfuzunu artırıb, Avrasiyanın hərbi, geostrateji və təhlükəsizlik mühitindəki daimi təmsilçiliklərini təmin edib və rollarını artırıb.
Göründüyü kimi, qardaş ölkələrimiz reallaşdırmaq istədikləri mühüm layihələri həyata keçirmək istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdikləri layihələrdən isə təkcə ölkələrimiz deyil, bütün bölgə, eləcə də daha geniş coğrafiya faydalanmaqdadır. Bu isə daha bir həqiqəti ehtiva edir: iki qardaş ölkə - Azərbaycan və Türkiyə nəinki regionun təhlükəsizliyinə və iqtisadi sabitliyinə, həm də Avropanın və dünyanın sabit inkişafına böyük töhfə vermək gücündə olan ölkələrdirlər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

