Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
30.10.2020 [09:13]
Azərbaycan erməni təxribatlarına qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma biz mülki əhaliyə qarşı döyüşmürük.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə müsahibəsində deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın özünümüdafiə hüququ var. BMT-nin Nizamnaməsinin 54-cü maddəsinə əsasən, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün legitim hərbi hədəflərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Amma Azərbaycanın məqsədi budur, biz mülki şəxslərlə döyüş aparmırıq, aparmayacağıq da.
“Biz döyüş meydanında döyüş aparırıq. Ermənistanın mülki şəxslərinə qarşı döyüş aparmırıq, ancaq legitim hərbi hədəflərə qarşı. Bu, bizim mədəniyyətimiz, xalqımızın mentalitetidir. Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Hikmət Hacıyev diqqətə çatdırıb ki, Xarici İşlər naziri tərəfindən artıq Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara ermənilərin Bərdədə törətdiyi terror barədə məlumat verilib: “Bu, gördüyünüz kimi Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edib və qarşıdan Cenevrə görüşləri gəlir. Ondan əvvəl Ermənistan tərəfindən növbəti bir xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirildi. Gördüyünüz kimi, Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə, hərbi hədəf yoxdur. Onların məqsədi, gücü ancaq mülki insanlara çatır və bu məqsədlə kasetli bombalardan istifadə edirlər. Məqsəd də birdir, insanlar arasında daha çox qırğın törətmək. Bu, Azərbaycan xalqını qorxutmur. Xalqımız daha da möhkəmdir. Ali Baş Komandanın əmrinə əsasən, biz də burdayıq, xalqımızla bir yerdəyik. Bərdə şəhərinin əzmini görürsünüz, digər şəhərlərimizdə - Tərtər, Gəncə, Mingəçevirdə olduğu kimi. Bu, xalqımızı daha da möhkəmləndirir”.
Prezidentin köməkçisi deyib ki, əgər onlar bununla Azərbaycan xalqının əzmini sındıra biləcəklərini düşünürlərsə, yanılırlar. “Biz bundan sonra Tərtərə də gedəcəyik, atırlar-atsınlar. Amma Azərbaycan xalqının əzmini heç zaman sındıra bilməyəcəklər. Torpaqlarımız işğaldan azad olunacaq. Bir sözlə, əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından alçaqcasına, şərəfsizcəsinə qaçırlar, gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Onun da cavabını Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında layiqincə verir. Ali Baş Komandanımız dediyi kimi, onları iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq. Onlar döyüş meydanında bir-bir cəzalandırılır. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqırımını törədənlərin çoxunun cavabını verir. Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin müdafiə naziri olan şəxs də cəhənnəmə yola salınıb. Digərləri də öz paylarını alacaqlar. Ali Baş Komandan demişkən, iti qovan kimi hamısını qovacağıq”, - deyə Hikmət Hacıyev bildirib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

