Prezident İlham Əliyev doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib
25.12.2020 [09:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibətilə ona təbrik məktubları göndərənlərə təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində bununla bağlı video paylaşıb.
Dövlətimizin başçısı deyib: Doğum günüm münasibətilə mənə çoxsaylı təbriklər, məktublar göndərilir. Bütün bu təbrikləri göndərən insanlara təşəkkürümü bildirirəm. Heç vaxt öz doğum günümü qeyd etməmişəm. Həmişə doğum günümdə məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşmüşəm. Bu il isə doğum günüm ərəfəsində Mehriban xanımla birlikdə işğaldan azad edilmiş torpaqlarda - Zəngilanda, Qubadlıda olmuşam və əsgərlərlə, əgər belə demək mümkündürsə, bu günü qeyd etmişəm.
Bu gün də Bakıdayam, ailə üzvlərimlə birlikdə. Bu dəfə də heç bir qeydetmə olmayacaq, heç nəyi qeyd etməyəcəyik. Sadəcə olaraq, özümüz oturub söhbətləşəcəyik, danışacağıq.
2020-ci il sona çatır. Bu il bizim üçün çox uğurlu olub. Tarixi Qələbə qazanmışıq, Zəfər çalmışıq. Torpaqlarımızı işğalçılardan azad etmişik. Eyni zamanda, kədərli il olub, şəhidlər vermişik. Gənc övladlarımız Vətən uğrunda, torpaq uğrunda həlak olub şəhidlik zirvəsinə ucalmışlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Allah bütün yaralı hərbçilərimizə şəfa versin!
Əminəm ki, bundan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan inkişaf, tərəqqi yolu ilə gedəcək, dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcək. Gələn ildən böyük quruculuq işləri başlanır. Əminəm ki, Azərbaycan xalqı müharibə dövründə olduğu kimi, bu quruculuq işlərində də birlik, həmrəylik göstərərək, öz böyüklüyünü bütün dünyaya bir daha göstərəcək.
Əziz bacı və qardaşlarım, təbriklərə görə bir daha təşəkkürümü bildirirəm. Sizi qarşıdan gələn Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Qarabağ Azərbaycandır!
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

