/ / Ağalar Vəliyev: Qarabağdakı canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
Ağalar Vəliyev: Qarabağdakı canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
27.01.2021 [09:21]
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində şanlı Qələbə qazanması və torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması ilə Azərbaycan dövləti yeni iqtisadi reallıqlara qədəm qoydu . Bu yaxınlarda Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində çıxış edən dövlətimizin başçısı böyük quruculuq işlərinin başlanmasının anonsunu verdi və bildirdi ki, bizim dədə-baba torpağımız olan Qarabağı qısa müddətdə bərpa edəcəyik. Onun inamla söylədiyi bu fikirlərin təsdiqi olaraq demək lazımdır ki, qüdrətli və gənc dövlət kimi dünya birliyində özünə möhkəm tərəfdaşlar qazanmış Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda həyatı canlandırmaq, Qarabağımızı dirçəltmək əzmindədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində işğaldan azad edilən ərazilərin tezliklə bərpa edilməsi üzrə müvafiq infrastrukturların yaradılması və Qarabağ bölgəsinin ölkə iqtisadiyyatına inteqrasiya olunmasını təmin etmək üçün dövlət büdcəsindən 2,2 milyard manat ayrılması nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması azad edilmiş ərazilərdə həyatın canlanması və böyük köçün başlanmasını dəstəkləyən vacib addımlardan biridir. Təsadüfi deyil ki, Qarabağın dirçəlişi və bu bölgənin zəngin təbii resursları ölkəmizin qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradacaq.
Millət vəkili dövlətin işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiyasının artıq hazırlandığını diqqətə çatdıraraq deyib ki, şəhərsalma və ərazilərin quruluşu ilə bağlı məsələlər konsepsiyada ön plana çıxarılıb. Konsepsiyaya uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə qısa zaman ərzində kommunal, iqtisadi və sosial strukturların qurulması, eləcə də rayon mərkəzlərində yaşayış binalarının və evlərin tikintisi təmin ediləcəkdir. Qarabağa böyük köçü zəruri edən başlıca amil kimi əhalinin məskunlaşmasını və məşğulluğunu təmin olunması üçün həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələri yaradılacaq.
“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” yanvarın 19-da dövlət başçımızın imzaladığı Fərmanın əhəmiyyətindən də söz açan deputat bildirib ki, xüsusi nümayəndəliklərin fəaliyyəti Qarabağda səmərəli və çevik idarəetmə modelinin yaradılmasını şərtləndirən mühüm amil olacaq.
Ağalar Vəliyev qeyd edib ki, artıq yeni reallıqların formalaşması bölgədə yeni beynəlxalq əməkdaşlıq formatının qurulmasını zəruri etməkdədir. İşğaldan azad olunan ərazilərdə sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb ediləcək. Böyük quruculuq işlərinə dost ölkələri təşviq eləmək siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək. Artıq yol, dəmir yolu və infrastruktur layihələrinin birgə həyata keçirilməsində Türkiyə şirkətlərinin də bərabər iştirak edəcəyi nəzərdə tutulub. Bölgənin energetika sisteminin yenidən qurulması sahəsində əməkdaşlıq etmək üçün İtaliya şirkətləri ilə səmərəli danışıqlar aparılır. Dünən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ölkəsinin Qarabağda həyata keçiriləcək yenidənqurma işlərində iştirak etmək arzusunu dilə gətirərək söyləyib ki, biz yaxın qonşuyuq və ərazilərinizin bərpası baxımından digər ölkələrlə müqayisədə üstünlüyə malikik.
Milli Məclisin üzvü onu da vurğulayıb ki, böyük quruculuq işləri başa çatdıqdan sonra erməni vandallarının viran qoyduqları torpaqlar canlanacaq, Qarabağda baş verən bu canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq.
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

