Ermənistan terror siyasətini davam etdirir
19.03.2021 [09:28]
İşğalçı dövlətin minaladığı ərazilərin xəritələrini Azərbaycana verməməsi aşkar müharibə cinayətidir
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərə Böyük Qayıdışı təmin etmək üçün aparılan bərpa işlərini, müxtəlif infrastruktur obyektlərinin inşasını planlı şəkildə həyata keçirir. Bəhs olunan ərazilərin minalardan təmizlənməsi isə birincidərəcəli vəzifə kimi müəyyənləşdirilib. Məlum olduğu kimi, Prezident İlham Əliyev 15 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi intensiv şəkildə davam etdirilir. İlk növbədə, bərpa planına uyğun olaraq infrastruktur obyektlərinin inşası nəzərdə tutulan ərazilər minalardan və partlamamış sursatlardan təmizlənir. Bu işə dost ölkələrin istehkamçıları da cəlb olunublar.
Şübhəsiz ki, mina, partlamamış hərbi sursatlar (PHS), müharibənin partlayıcı qalıqları və əldəqayırma partladıcı qurğular olan ərazilərə qeyri-qanuni keçid ağır fəsadlara gətirib çıxara bilər. Bunu I və II Qarabağ müharibələrində minaya düşmüş həmvətənlərimizin acı həyat hekayələri bir daha təsdiqləyir. İnsanların qadağan olunmuş ərazilərə özbaşına daxil olarkən burada minaya düşmələrini əks etdirən faktlar kədərli təəssürat yaradır. Minaya düşən insanlar, bir qayda olaraq, ya sağlamlıqlarını itirirlər, ya da ki, həyatla vidalaşırlar.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, işğalçı Ermənistan minaladığı ərazilərin xəritələrini Azərbaycana verməməklə minatəmizləmə işinə əngəl yaratmağa çalışır. Ümumiyyətlə, bu ölkənin müharibə cinayətlərindən biri də zamanında işğal etdiyi ərazilərimizi minalaması ilə bağlıdır. Mənfur düşmən tərəfindən hər yer, hətta hərbi təyinatı olmayan ərazilər belə minalanıb. Təbii ki, minalanmış ərazilər xəritələşdirilib. Beynəlxalq konvensiyalara əsasən, müharibədən sonrakı mərhələdə minalanmış ərazilərin xəritələri qarşı tərəfə təhvil verilməlidir. Ancaq beynəlxalq hüququ kobudcasına pozan Ermənistan bunu etmir. Minalanmış ərazilərin xəritəsini verməməsi düşmənin xain xislətini, mənfur niyyətini bir daha əks etdirir. Bu, həm də qeyd etdiyimiz kimi, aşkar müharibə cinayətidir. Ermənistan minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir. Ona görə də beynəlxalq təşkilatlar Ermənistanın minalanmış ərazilərin xəritələrini gizlətməsi faktına xüsusi diqqət göstərməlidirlər. Beynəlxalq konvensiyalara uyğun olaraq işğalçı dövlət minaladığı ərazilərin xəritələrini respublikamıza verməyə məcbur edilməlidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

