Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsli Kazımova: Ermənistan bütün bu başverənlərdən dərs götürməlidir

Əsli Kazımova: Ermənistan bütün bu başverənlərdən dərs götürməlidir

30.06.2021 [10:08]

“44 günlük Vətən müharibəsi Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması ilə yanaşı, regionda yeni siyasi mənzərəni də formalaşdırdı. Artıq güc mərkəzi statusunda çıxış edən Azərbaycan Cənubi Qafqazın inkişafında, eləcə də bölgədə təhlükəsizliyin təminində əsas söz sahibinə çevrilib. Təbii ki, Ermənistan bütün bu başverənlərdən dərs götürməlidir. Əgər bu ölkə regional inkişafda yer almaq, bölgədə həyata keçiriləcək əməkdaşlıq platformalarında iştirak etmək niyyətindədirsə, öz qonşuları ilə normal münasibətlər qurmalı və ərazi iddialarından əl çəkməlidir. Əks halda, Ermənistan birmənalı şəkildə məhv olacaq. Bu gün rəsmi İrəvan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçir”.
Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova deyib. Partiya sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində yaşadığımız region artıq beynəlxalq aləmin diqqət mərkəzindədir. Aparıcı dövlətlər və beynəlxalq şirkətlər bu regionda yaradılan yeni əməkdaşlıq imkanlarından yararlanmaqda maraqlıdır. Bu isə o deməkdir ki, Cənubi Qafqazın həyatında yeni inkişaf mərhələsi başlamaqdadır: “Həqiqətən də, yeni dönəm, yeni əməkdaşlıqlar bölgəyə mühüm inkişaf vəd edir. Bunu həyata keçirmək üçün isə Azərbaycana Ermənistan lazım deyil. Azərbaycan onsuz da bölgədə istədiyinə nail olub - torpaqlarını işğaldan azad edib, qonşuları ilə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələrini icra edib. Ermənistan, ilk növbədə, xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun. Bu onların ayaqda qalmaq üçün yeganə şansıdır”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31