Tehran-Moskva geosiyasi xəttində fəallıq...
30.12.2021 [10:18]
İran Prezidentinin Rusiya səfərində hansı məsələlər müzakirə oluna bilər?
Pərviz Sadayoğlu
Qarşıdan gələn 2022-ci il qlobal arenada siyasi proseslərin dinamikliyi ilə seçiləcək. Bunu ilin ilk günlərində baş tutacaq görüşlər və səfərlər də təsdiqləyir. Belə ki, İran prezidenti İbrahim Rəisinin 2022-ci ilin ilk günlərində dövlət başçısı kimi Rusiyaya ilk rəsmi səfəri olduqca böyük maraqla gözlənilir. Bununla bağlı məlumat verən İran hökumətinin sözçüsü Əli Bahadori bildirib ki, hazırda prezident Rəisinin səfər planı hazırlanır. Bahadori onu da əlavə edib ki, səfər zamanı İ.Rəisi Tehran və Moskva arasında ikitərəfli və ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
Ekspertlər qeyd edirlər ki, hər iki ölkə iqtisadi sanksiyalara məruz qaldığından bu görüş böyük əhəmiyyətə malikdir. Bəzi analitiklər görüşü anti-Qərb koalisiyasının gücləndirilməsi cəhdi kimi dəyərləndirsələr də, son dövrlərdə İranın Qərblə münasibətlərində müəyyən istiləşmələr bunu təkzib edir. Görüşün əsas müzakirə predmetlərindən birinin Cənubi Qafqazda gedən siyasi-iqtisadi proseslərin olacağı da şübhəsizdir. Bu mənada, görüş Azərbaycan üçün də aktuallıq kəsb edir.
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, İran prezidentinin Rusiyaya ilk rəsmi səfərinin əsas istiqamətləri dünyada gedən siyasi proseslər, o cümlədən İranın və Rusiyanın Qərblə münasibətləri olacaq. Politoloqun fikrincə, müzakirələrin əsas mövzusunu tətbiq olunan iqtisadi sanksiyalar və atılan addımlar təşkil edəcək: “İranla bağlı olan Qərb platformasının bu yaxınlarda görüşməsi ortaya müəyyən suallar çıxarıb. Bilindiyi kimi, İran ətrafında baş verən proseslərdə dəyişikliklər hiss olunmaqdadır və Qərb artıq Tehranla dialoqa razıdır. Tehran da öz növbəsində dialoqa getməyə razı görünür. Rusiya isə İranı özünün müttəfiqi hesab etdiyi üçün bu prosesə fərqli yanaşma sərgiləyir. Hətta deyərdim ki, iki ölkə arasında Suriya, Cənubi Qafqaz, ABŞ-İran münasibətləri müstəvisində açıq fikir ayrılıqları mövcuddur. Bu gün İran iqtisadiyyatına nəzər salsaq, Rusiya investisiyasının, demək olar ki, çox aşağı səviyyədə olduğunu görə bilərik. Eyni zamanda, Rusiya öz müasir silahlarını İrana satmır. Bunun müqabilində Çin İranla yaxın 25-30 il üçün sərmayə qoymaq razılığına gəlib. Bu razılaşma, hətta İranın Çinin siyasi orbitinə keçməsi ilə bağlı düşüncələr də yaradır. Güman edirəm ki, bu məsələ də müzakirə predmetlərindən biri ola bilər”.
Qərblə İran arasında mümkün yaxınlaşmaların Rusiya tərəfindən pozitiv qarşılanmadığını deyən politoloqun fikrincə, bu, rəsmi Moskvanın öz cənub müttəfiqini itirməsinə yol aça bilər. Z.Məmmədov qeyd edib ki, hazırda iki ölkənin rəsmiləri arasında dialoqun aparılması, münasibətlərin formalaşdırılması vacib elementlərdəndir. “Rəisi ilk dəfədir ki, prezident kimi Moskvaya səfər edir. Düzdür, bundan qabaq Rusiya və İran xarici işlər nazirləri görüşmüşdülər. Amma iki nazir arasında da münasibət o qədər intensiv deyil. Hətta Lavrovla Çavuşoğlu arasındakı münasibətlər dəfələrlə daha sıxdır. Müzakirələrdə Cənubi Qafqazla bağlı məsələlər də yer alacaq. Rəisi rəsmi Tehranın Cənubi Qafqazdakı maraqlarını bir daha Rusiya liderinin diqqətinə çatdıracaq. Bu ölkə 3+3 formatında əməkdaşlıq platformasında təmsil olunmaq arzusunu bildirib. Yəqin ki, Moskvada bu məsələ yenidən müzakirə olunacaq. Eyni zamanda, nəzərə alınmalıdır ki, həm İranın, həm də Rusiyanın regionda kommunikasiya məsələləri ilə əlaqədar qırmızı xətləri var. Yəqin ki, bu qırmızı xətləri də bir-birlərinə bir daha xatırladacaqlar”, - deyə Z.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

