Bakı "Eurovision-2012" mahnı müsabiqəsinə necə hazırlaşır?
31.12.2011 [00:09]
Məlum olduğu kimi, bu ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləcək. Müsabiqənin vaxtına hələ bir qədər qalsa da, Azərbaycan hökuməti artıq uzun müddətdir ki, hazırlıq işlərinə start verib. Qeyd edək ki, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Azərbaycan təmsilçiləri Nigar Camal və Eldar Qasımov cütlüyü “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi olduğu üçün ölkəmiz “Eurovision-2011” mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququ qazanıb. Beləliklə, sayca 57-ci “Eurovision” mahnı müsabiqəsinin I yarımfinalı mayın 22-i, II yarımfinalı mayın 24-ü, finalı isə mayın 26-ı keçiriləcək.
Qısaca xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 may 2011-ci il tarixli Sərəncamı ilə gələn il “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsi “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb, icra olunmasını təmin etməlidir. Bu il iyulun 4-də isə Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub. İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, müsabiqənin paytaxtımızda keçirilməsi ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir. Mehriban xanım Əliyeva Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırıb ki, mahnı müsabiqəsinin keçiriləcəyi yer ilə bağlı bir neçə təklif var. Heydər Əliyev Fondunun prezidenti hazırda dövlətimizin başçısı İlham Əliyevin həmin təklifləri nəzərdən keçirdiyini söyləyib. Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri cari məsələlərlə bağlı müzakirələr aparıblar.
Qonaqlara qüsursuz xidmət göstərmək üçün minlərlə POS-terminallar quraşdırılır
Beləliklə, Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Planın icrasına məsul qurumlar və konkret icra müddətləri müəyyən edilib. Eyni zamanda, bu istiqamətdə müxtəlif strukturlar tərəfindən işlərin görülməsinə başlanılıb. Bu sırada maraq doğuran məsələlərdən biri də ölkəmizə gələcək xaricilərin rahat şəkildə alış-veriş etmələrinə yaradılacaq şəraitlə, yəni, onların nağdsız alış-veriş etmələri üçün yetərincə POS-terminalların quraşdırılıb-quraşdırılmayacağı ilə bağlıdır. Vergilər Nazirliyindən qəzetimizə bildirilib ki, ümumiyyətlə, ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi, ödəniş kartları bazarının inkişaf etdirilməsi, alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində olub. Yəni, hökumətin bu istiqamətdə həyata keçirdiyi əsas siyasət bütövlükdə vətəndaşların elektron ödəniş sistemlərinə çıxış imkanlarının yaxşılaşdırılması, elektron ödəniş sistemlərində yaradılmış potensialdan daha səmərəli istifadənin təmin olunması, institusional bazanın genişləndirilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir: “ölkədə nağdsız ödənişlərin tətbiqi sahəsinin genişləndirilməsi və stimullaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr 358 nömrəli Fərmanında da nəzərdə tutulub. Fərmanda aidiyyəti orqanlar qarşısında qoyulmuş məsələlərin həlli məqsədilə, Mərkəzi Bank və Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə xüsusi işçi komissiyası yaradılıb, komissiya beynəlxalq təcrübəni öyrənməklə, nağdsız ödəmələrin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, eyni zamanda, plastik kartlar vasitəsilə ticarət və xidmət obyektlərində ödəniş səviyyəsinin artırılması üçün stimullaşdırıcı tədbirlər barədə təkliflər paketi hazırlayıb. POS-terminallar üzərindən aparılan nağdsız əməliyyatlar üzrə vergi ödəyicilərinə bəzi vergi güzəştlərinin verilməsi ilə bağlı təkliflər də paketə daxil edilib”.
Bu sahədə dünya təcrübəsi göstərir ki, nağdsız dövriyyənin stimullaşdırılması öhdəliklər, məsuliyyət və stimullaşdırıcı tədbirlər sisteminə əsaslanır. Nazirlikdən verilən məlumata görə, Azərbaycanda da mütərəqqi beynəlxalq təcrübə əsas götürülərək eyni prinsiplərin, nağd hesablaşmalara məhdudiyyətin və maliyyə sanksiyalarının müəyyən edilməsi, eyni zamanda, ticarət və ictimai iaşə sahələrində POS-terminallar vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar üçün vergi güzəştlərinin verilməsi barədə təkliflər hazırlanıb: “Nağdsız ödəmələrin həyata keçirilməsi üçün müvafiq infrastrukturun mühüm tərkib hissəsi POS-terminallardır və ölkəmizdə onların quraşdırılması, istifadəsi və istismarı “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli 1114 nömrəli Sərəncamı, Nazirlər Kabinetinin 2006-cı il 3 fevral və 18 fevral tarixli qərarları ilə tənzimlənir. Bu günədək Vergilər Nazirliyi prosessinq mərkəzlərindən daxil olmuş məlumatlar əsasında POS-terminallara 1 iş günü ərzində qeydiyyat nömrəsinin verilməsini təmin edib. Hazırkı dövrə qədər Vergilər Nazirliyi tərəfindən 15 minə yaxın POS-terminal qeydiyyat nömrəsi ilə təmin olunub və bu istiqamətdə işlər davam etdirilir”.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 536 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə hazırda Vergilər Nazirliyi tərəfindən digər aidiyyəti dövlət qurumları ilə birlikdə ölkə ərazisində POS-terminalların tətbiqi qaydalarının, POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarlarının, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydalarının yeni redaksiyası hazırlanır. Qeyd olunan Fərmanın icrası ölkəmizdə POS-terminalların tətbiqinin geniş vüsət almasına imkan yaradacaq. Bir sözlə, “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycanda POS-terminallarla bağlı heç bir problem olmayacaq.
Viza problemi həllini tapacaq
“Eurovision-2012” mahnı müsabiqəsində iştirakçı, yaxud qonaq kimi iştirak edəcək əcnəbilərin viza məsələsinin necə həll olunmasına gəlincə, Xarici İşlər Nazirliyindən bildiriblər ki, bu məsələ hələlik müzakirə mərhələsindədir. Belə ki, viza məsələsi digər məsələlər kimi təşkilat qrupu çərçivəsində müzakirə edilir.
Müsabiqə harada keçiriləcək?
Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib ki, “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi yer də hələ təsdiq olunmayıb. Onun sözlərinə görə, müsabiqə hazırda Dövlət Bayraq Meydanının yaxınlığında tikilən “Baku Crystal Hall” kompleksində keçirilə də bilər, keçirilməyə də: “Orada işlər nəzərdə tutulandan sürətlə gedir, İnanıram ki, az vaxt qalmasına baxmayaraq, bu kompleks hazır olacaq və biz Avropanı təəccübləndirə biləcəyik. Azərbaycan bununla da dünyada birinci olacaq”.
A.Rəhimovun sözlərinə görə, “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili üçün alternativ variant kimi Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı şəkildə yenidən qurulur.
Həkimlər xarici dil kurslarına cəlb olunublar
Müsabiqəyə Səhiyyə Nazirliyi də ciddi hazırlaşır. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova mətbuata açıqlamasında bildirib ki, “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələcək xarici qonaqlara tibbi xidmətin təşkili üçün 145 həkim müəyyənləşib ki, onlar ingilis dili kurslarına cəlb olunub. Onun sözlərinə görə, hazırda təcili tibbi yardım stansiyasından da 14 həkim ingilis dili kurslarına gedir. S.Əhmədova deyib ki, hazırda hərəsində 60 həkim və tibb bacısının olduğu üç qrup ingilis dili üzrə hazırlaşır: “Qruplardan biri təlimi qurtarır, o biri başlayır. ümumiyyətlə, may ayına qədər hər üç qrup tam hazır formaya gətiriləcək. Bununla yanaşı, alman və fransız dillərini bilən bir neçə həkim də var ki, onlar da “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar fəaliyyət göstərəcəklər. ümumiyyətlə, ingilis dili təliminə cəlb olunan həkimlərin müəyyən qədər bazaları var, ancaq onlar müəyyən mənada bir az təkmilləşdirmə kursları keçirlər”.
Mətbuat xidmətinin əməkdaşı müsabiqə keçirilən zaman nazirliyin gücləndirilmiş iş rejimində işləyəcəyini də vurğulayıb.
Müsabiqəyə qədər yol-nəqliyyat şəbəkəsi tam hazır vəziyyətə gətiriləcək
Gələn il Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinədək paytaxtımızda yol-nəqliyyat şəbəkəsi də tam hazır vəziyyətdə olacaq. Bunu isə KİV-ə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidməti katibliyinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, hazırda bir sıra istiqamətdə yeraltı tunellərin, qovşaqların, yerüstü piyada keçidlərinin, avtomobil dayanacaqlarının tikilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir: “Bundan əlavə, bizdə avtobus parkı yenilənir. Bununla əlaqədar olaraq gələn ilin əvvəllərindən də şəhərə daha 200 ədəd yeni avtobus gətiriləcək”.
Namiq Həsənov, eyni zamanda, Azərbaycana yeni taksilərin gətirilməsi prosesinin də davam etdiyini vurğulayıb: “Bildiyiniz kimi, müqavilə ilə bu ilin sonunadək 1000 ədəd taksi gətirilməli idi. Gələn ildə də “London taksi”lərinin gətirilməsi prosesi davam edəcək ki, sərnişinlərə, gələn qonaqlara yüksək səviyyədə xidmət göstərilsin”.
Nəqliyyatın intellektual idarəetmə sisteminin də tezliklə istifadəyə veriləcəyini deyən nazirlik rəsmisi qeyd edib ki, bu sistem ölkəyə gələcək qonaqlar üçün gözlənilməz olacaq. çünki belə bir sistem dünyada barmaqla sayılan ölkələrdə istifadə edilir, o cümlədən də, Koreyada: “Qonaqlar Bakıda sərnişin nəqliyyatından istifadə edərkən ən azı intellektual idarəetmə sistemindən təəccüblənəcəklər. Bundan əlavə bizim balansımızda olan yolların bərbad hissələrinin bərpası ilə də məşğuluq. Yəni, Nəqliyyat Nazirliyi tərəfindən çoxşaxəli işlər həyata keçirilir. Bütün hallarda nazirimizin də dediyi kimi, elə edəcəyik ki, 2012-ci ilin mayında Azərbaycana gələn qonaqlar heyrətlənib getsinlər”.
Sərnişin nəqliyyatından istifadə edən qonaqlar üçün ingilis dilində informasiyaların olmasına gəlincə, mətbuat xidmətinin rəhbəri artıq 664 dayanacaqda informasiya tablolarının quraşdırıldığını bildirib. Bu tablolarda Azərbaycan və ingilis dillərində məlumatlar veriləcək: “Eyni zamanda, avtobuslarda naviqasiya cihazları quraşdırılır və nəqliyyat vasitələrilə həmin dayanacaq arasında vahid dispetçer mərkəzi hesabına birbaşa əlaqə olacaq”.
Daxili İşlər Nazirliyində də xüsusi Tədbirlər Planı hazırlanıb
Ən nəhayət, “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Daxili İşlər Nazirliyində də Tədbirlər Planı hazırlanıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidovun sözlərinə görə, bu istiqamətdə hazırlıqlar, lazımi tədbirlər davam edir. Bu işlərin nazir, general-polkovnik Ramil Usubovun tam nəzarəti altında olduğunu vurğulayan DİN sözçüsü, ötən ay nazirlikdə “Eurovision-2012” mahnı müsabiqəsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı nazirin yanında əməliyyat müşavirəsinin keçirildiyini də deyib: “DİN-də keçirilən müşavirədə cənab nazir R.Usubov ölkəmizin həyatında böyük ictimai hadisə sayılan bu tədbirlə bağlı ölkə Prezidentinin Sərəncamının icrasının təmin edilməsi, Təşkilat Komitəsinin iclaslarında qarşıya qoyulan məsul vəzifələrin həlli istiqamətində nazirliyin ayrı-ayrı xidmət sahələrinin rəhbərləri qarşısında konkret vəzifələr qoydu, müvafiq tapşırıqlar verdi, eyni zamanda, müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və təhlükəsizliyin nümunəvi təmin olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışdı, tövsiyələrini verdi”.
E.Zahidov deyib ki, DİN-in Tədbirlər Planında nazirliyin müxtəlif və aidiyyəti xidmət sahələrinin üzərinə düşən vəzifələr və onların icra müddətləri konkret müəyyən olunub. Belə ki, müsabiqənin keçirildiyi günlərdə ictimai asayiş və hüquq qaydalarının nümunəvi təmin edilməsi polisin qarşısında duran əsas vəzifə olacaq: “ölkəmizin nüfuzuna xələl gətirə biləcək hər hansı neqativ halın operativ olaraq müəyyən edilməsi, fövqəladə hadisənin qarşısının alınması və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədi ilə şəxsi heyətin sayıqlığı, peşəkarlığı daha da artırılacaq”.
Tədbirlər Planında nəzərdə tutulan məsələlərdən biri də polis əməkdaşlarının, yeri gələrsə, əcnəbi qonaqlarla ünsiyyət qurma bacarığı ilə bağlıdır. Belə ki, polisin bayır xidmətinin- Post patrul, çevik Polis Alayı və Yol Polisi xidmətlərinin əməkdaşları xarici dil kurslarına cəlb ediliblər. May ayına qədər onlar ingilis dili üzrə hazırlıq kurslarını yekunlaşdıracaqlar. E.Zahidovun sözlərinə görə, müsabiqənin keçirildiyi günlərdə Azərbaycan polisi turistlərin, xarici qonaqların, iştirakçıların və media nümayəndələrinin suallarına, lazım gələrsə, ingiliscə də cavab verə biləcəklər.
E.Zahidov sonda onu da əlavə edib ki, insanların rahat şəkildə ölkəmizə gəlib Avropa miqyaslı konsertdən zövq alması üçün polis əməkdaşları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

