"Yeni Azərbaycan" Ermənistandan yazdı, cavab "Azadlıq"dan gəldi
16.04.2012 [23:55]
Məlum olduğu kimi, may ayında işğalçı Ermənistanda parlament seçkiləri keçiriləcək. Lakin artıq indidən seçkilərin saxtalaşdırılması ilə bağlı informasiyalar daxil olmaqdadır. Ermənistandakı hərbi xuntanın rəhbərliyi qanunverici orqanda çoxluğa nail olmaq üçün müxtəlif hüquqazidd addımlar atmaqdadır. Ermənistan KİV-nin məlumatlarında qeyd olunduğu kimi, işğalçı ölkədə seçici siyahısının tərtibatında saxtakarlığa yol verilməsindən tutmuş, seçicilərə rüşvət təklif edilməsinə qədər qanunazidd faktlar artıq aşkar edilib. Bütün bunlar isə onu göstərir ki, Ermənistanda seçkilər total saxtakarlıq şəraitində keçəcək və parlamentdə əyləşəcək insanları cinayətkar hakimiyyət piramidasının üst qatında olanlar müəyyənləşdirəcəklər...
Əlbəttə ki, Ermənistanda bu cür seçkilərin keçirilməsi adi haldır və heç də birinci dəfə deyil. Belə ki, 2008-ci ildə də eyni proseslərin, hətta artığının da şahidi olmuşuq. Bu səbəbdən də, düşmən ölkənin bu cür vəziyyətini bütün dünyanın xüsusilə demokratiya sıralanmasında bu terrorist ölkəni qərəzli olaraq Azərbaycandan irəlidə göstərən üzdəniraq demokratik mərkzlərin diqqətinə çatdırmaq üçün Azərbaycan mətbuatı Ermənistandakı parlament seçkilərinə yer ayırır. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, eyni zamanda, 1 milyondan artıq soydaşımızı yurd-yuvasından qovub, o zaman, düşmən ölkə ilə apardığımız informasiya müharibəsi də yerinə düşəndir. İşğalçı ölkədə baş verən qanunsuzluqları, seçki saxtakarlıqlarını, hakim klanın cinayətkar hərəkətlərini, sosial-iqtisadi problemləri Ermənistanın öz mətbuatına, ekspertlərinə istinadən işıqlandırmaq da həmin prosesin tərkib hissəsidir. Lakin Azərbaycanın daxilində bəzi mətbuat orqanları yaradılmış demokratik şəraitdən sui-istifadə edərək, dövlətimizin düşmənə qarşı apardığı informasiya müharibəsinə zərbə vurmağa çalışırlar. Bu mətbuat orqanlardan biri də “Azadlıq” qəzetidir. Görünür, Ermənistan da bu ölkədə baş verən proseslərlə bağlı Azərbaycan mətbuatında gedən yazılara cavab vermək vəzifəsini elə “Azadlıq”a tapşırıb...
“Azadlıq” qəzeti isə bu vəzifəsindən və aldığı tapşırıqlardan o qədər razı qalıb ki, hətta Ermənistandakı saxtakarlıqlardan yazan Azərbaycanın bütün mətbuat orqanlarını hədəfə alıb. çox maraqlı məqamdır ki, hansı vədlərə və səbəblərə görə, “Azadlıq” qəzeti erməniləri müdafiə edir? Nə üçün “Azadlıq” Ermənistanın və digər xarici qərəzli dairələrin Azərbaycandakı ruporu vəzifəsini öhdəsinə götürüb? Və nədənsə, “Azadlıq” qəzeti Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbə qazanmasından sonra daha da radikallaşaraq, Ermənistanın və digər təzyiq qruplarının maraqlarının ifadəçisinə çevrilib?
Deyəsən, “Azadlıq” qəzeti də ideoloji rəhbərləri kimi əsas amalını Vətənə, xalqa xəyanət etməkdə görür. Əgər belə olmasaydı, “Azadlıq” qəzeti də heç olmasa bir dəfə Azərbaycanın uğurlarına olan sevincini ifadə edərdi...
Bu arada “Azadlıq” qəzetinin eyni xətt üzərində qurulmuş AXCP rəhbərliyinin şikayəti haqqında yazdıqları da maraq doğurur. Bu günə qədər dövlətə şər atan və Ermənistanı müdafiə edən “Azadlıq” qəzeti radikal müxalifətin nümayəndələrinin parlamentdə təmsil oluna bilməməsindən də əsəb keçirir. Burada da əsas səbəbi dövlətdə görən “Azadlıq” xalqı da şərləməkdən çəkinmir. Lakin “Azadlıq” bir məqamı unudur ki, Azərbaycan xalqı heç bir halda xarici qərəzli dairələrlə işbirliyi qurmuş radikal müxalifəti heç bir zaman dəstəkləməyib və bundan sonra da dəstəkləməyəcək. “Azadlıq” da, onun ideoloji rəhbərləri də yadda saxlamalıdırlar ki, düşmənlərin “dəyirmanına su tökməyi” özünə əqidə kimi qəbul edənlər heç bir halda xalqdan dəstək gözləməməlidir...
İctimaiyyəti aldatmaq məqsədilə qələbəlik şəkilləri qəzet səhifəsinə düzüb “çoxminli mitinq” tamaşası qurmaq da lazım deyil. Axı, radikalların mitinqlərində xalqın iradəsi görünmür, insanlar öz istəyilə orada iştirak etmirlər.
Yaxşı olar ki, “Azadlıq” qəzeti xalq tərəfindən dəstəklənməməyin səbəblərini Ermənistanın və digər qərəzli dairələrin müdafiə edilməsində, onların siyasi sifarişlərinin yerinə yetirilməsində axtarsın və Azərbaycan ictimaiyyətini maraqlandıran bir suala cavab versin: Nə üçün işğalçı ölkə olan Ermənistan haqqında yazılanlar “Azadlıq” qəzetini bu qədər narahat edir?
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxElm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05

