Bakıda "Afrovision - Afrikadan müasir incəsənət" sərgisi açılıb
17.05.2012 [23:44]
Dünən Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision - Afrikadan müasir incəsənət” sərgisinin açılışı olub. AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sərgi iştirakçılarını salamlayaraq deyib: “Afrika incəsənəti qeyri-adidir. çünki buradakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir. Bu sərgi “Afrovision” adlanır. Burada 11 rəssam tərəfindən yaradılmış müasir sənət nümunələri nümayiş olunur. Onların bəziləri tanınmış və nüfuzlu, bəziləri isə gənc və perspektivli rəssamlardır. Mən sərginin bu muzeydə keçirilməsindən çox məmnunam. Hesab edirəm ki, ümumilikdə, müasir sənət dünyasında Afrika rəssamlarının rolu getdikcə daha da yüksəlir. ötən 20 ildə Afrika rəssamlarının sayı əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edən Heydər Əliyev Fondu hər zaman başqa mədəniyyətlərə böyük hörmət və ehtiramla yanaşmışdır. Mənim fikrimcə, Afrika incəsənəti xüsusi əhəmiyyətə malikdir. çünki Afrika rəssamları insanların emosiyalarını, onların real həyatlarını nümayiş etdirirlər. Mən burada iştirak edənlərin hər birinə təşəkkür etmək istərdim.
Heydər Əliyev Fondu rəssamları hər zaman dəstəkləmişdir. Biz Parisdə və Londonda “Bakıya uçuş” sərgisini təşkil etmiş və öz işlərini xaricdə nümayiş etdirmələri üçün Azərbaycandan olan 21 rəssama imkan yaratmışıq.
Biz “Bakıya uçuş” sərgisini hələ başa çatdırmamışıq. Sərginin Romada, Nyu-Yorkda, Moskvada və digər şəhərlərdə keçirilməsini planlaşdırırıq.
Mən doktor Bernd Kleinə təşəkkür etmək istərdim. çünki o, bu sərginin keçirilməsinin təşəbbüskarıdır. Buradakı bütün işlər onun şəxsi kolleksiyasındandır. Mən, həmçinin cənab Hazumiyə təşəkkür etmək istərdim. O, böyük heykəltəraş və buradakı işlərdən birinin müəllifidir.
Bu sərgi Azərbaycan əhalisinə Afrika mədəniyyətini kəşf etməyə imkan verəcəkdir. Xüsusilə, əhəmiyyətlidir ki, bu sərgi çox əlamətdar bir gündə təşkil edilmişdir. çünki bir neçə gündən sonra biz “Eurovision” mahnı müsabiqəsinin ən həyəcanlı anlarının şahidi olacağıq.
ümid edirəm ki, “Afrovision” sərgisi bizə haqqında çox şey bilmədiyimiz dünyanın bir hissəsini kəşf etmək üçün imkan yaradacaqdır. çox sağ olun”.
Sərgidə alman kolleksioneri Bernd Kleinin kolleksiyasından seçilmiş şedevrlər nümayiş etdirilir. O, Afrikanın müasir incəsənətinin aparıcı kolleksiyalarından birinə malikdir. Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı uzun illərdir ki, topladığını dedi, iştirakçılara Afrika incəsənəti haqqında məlumat verib.
Sərginin yüksək səviyyədə təşkil edildiyini deyən Bernd Klein Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edərək deyib: “Mənin minnətdarlıq etmək istədiyim insanlar çoxdur. Lakin mən xüsusi olaraq iki xanıma təşəkkür etmək istərdim. Onlardan biri Mehriban xanım Əliyeva, digəri isə Leyla xanım Əliyevadır. Onlar bu sərginin Bakıda keçirilməsi üçün çox böyük iş görmüşlər”.
Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Bernd Klein deyib: “Azərbaycanın fəxr etməli çox şeyi vardır. Lakin bu cür gözəl, ağıllı, vətənpərvər birinci xanımı olmaq hər bir ölkəyə heç də həmişə nəsib olmur. Bilirsiniz ki, birinci xanım nəyisə etməyə qərar verəndə bunu yüksək səviyyədə edir. Bu sözlər həm “Eurovision”a, həm də “Afrovision”a aiddir. Bu sözləri Leyla xanım Əliyeva haqqında da demək olar”.
Leyla xanım Əliyeva sərginin açılışını bildirən lenti kəsib.
Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil edən 11 rəssamın 63 əsəri təqdim olunur.
Son onilliklər ərzində bir çox Afrika ölkələrindən parlaq və yüksək orijinallığı ilə seçilən sənət əsərləri meydana çıxıb. Onların müəlliflərinin şöhrəti dünyada gündən-günə artmaqdadır. Konqolu rəssam Şeri Samba və beninli heykəltəraş Romuald Hazuminin əsərləri dünyanın ən nüfuzlu muzeylərində, Venesiya Biennalesi və Kassel Dokumenta kimi aparıcı müasir incəsənət sərgilərində nümayiş olunur.
Sərgiyə çıxarılmış əsərlərin tematikası əsl dəyərlər uğrunda mübarizəyə, dəb dünyasının obrazlarına, müxtəlif mərasimlərə, Afrika folkloruna və digər mövzulara həsr olunub. Əsərlər şən, cəlbedici rənglər, maraqlı obrazlarla insanlarda Afrika həyatının bir çox tərəfləri haqqında geniş təsəvvür yaradır. Məsələn, gündəlik həyatda baş verən müxtəlif hadisələr, dəb dünyasının obrazları, insanların gecə həyatının canlandırılması Peintre Mokenin əsərlərinin əsas qayəsini təşkil edir. Sərgidə sənətkarın kətan üzərində yağlı boya ilə işlənmiş bir sıra əsərləri nümayiş etdirilir.
Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam edib.
Sərgidə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

