Binəqədi rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib
17.07.2014 [04:40]
İyulun 15-də Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Milli Qəhrəmanlar abidəsinin önündə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2 iyun 2014-cü il tarixli Sərəncamına, həmçinin, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2014-cü il tarixli, 144 nömrəli sərəncamına və İdarənin tədbirlər planına uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşkilatçılığı baş tutub.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45 illiyi ərəfəsində gerçəkləşən tədbirin iştirakçıları öncə Ulu öndərin YAP Binəqədi rayon təşkilatının qərargahı qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Milli Qəhrəmanlar parkında davam edən mərasimi giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov hər bir gəncin hərbi xidmət keçməsinin əhəmiyyətinə toxunaraq, xidmət illərinin həyatda ən yaddaqalan dövr olduğunu diqqətə çatdırıb. Sonra Milli Qəhrəmanlar abidəsinin önünə əklil qoyulub, tədbir iştirakçıları və qonaqlar suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda xüsusi rəşadət göstərərək canlarını fəda etmiş həmvətənlərimizin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Mehman Qurbanov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Binəqədi rayon şöbəsinin sədri Telman Hətəmov, əsgər valideyni Bayram Xəlilov, həmçinin, hərbi xidmətə yollanan gənclər adından Bəhruz Hüseynzadə və Ramal Aslanov çıxış ediblər. Çıxışçılar ölkəmizin müdafiəsinin və təhlükəsizliyinin təminində, eləcə də gənclərin şəxsiyyət kimi formalaşmasında Milli Ordunun rolundan danışıblar. Qeyd edilib ki, Azərbaycanda sürətli inkişafın davam etməsi və ordu quruculuğu prosesinin geniş vüsət alması gənclərin hərbi xidmətə ürəklə və könüllü getmələrinə güclü stimul yaradıb.
Çağırışçılar qarşısında çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Vətən keşiyini çəkmək kimi müqəddəs və şərəfli missiyanın öhdəsindən layiqincə gəlmək işində onlara uğurlar arzulayıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən danışan İlqar Süleymanov gənclərin Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu yenilməz və qüdrətli orduya xidmətə yollanmalarının hər bir vətəndaş üçün qürurverici hal olduğunu vurğulayıb. Bədii hissə ilə davam edən tədbirdə Xalq artisti Zümrüd Məmmədovanın ifasında hərbi vətənpərvərlik mahnıları və bədii-qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun ifasında vətənpərvərliyi tərənnüm edən bir-birindən gözəl şeirlər səsləndirilib.
Tədbir gənclərin Dövlət Bayrağının altından keçib müqəddəs Qurani-Kərimə and içərək həqiqi hərbi xidmətə yola salınmaları ilə yekunlaşıb.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

