Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaradağda Novruz bayramı qeyd olunub

Qaradağda Novruz bayramı qeyd olunub

19.03.2015 [10:21]

Azərbaycanın hər bir şəhər və rayonunda olduğu kimi, Qaradağ rayonunda da Novruz bayramı geniş qeyd olunub. Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş bayram tədbiri təşkil olunub. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib. Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev milli-mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.
Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qalıb. Xalqımızın adət-ənənələri və mərasimləri canlandırılıb. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şeir oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxıblar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstəriblər. Tədbir iştirakçıları Novruz şirniyyatına qonaq ediliblər.
Tədbirin sonunda bayram konserti keçirilib.

Paylaş:
Baxılıb: 799 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30