Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib

"Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib

08.12.2017 [17:10]

Dekabrın 7-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Gənclər Təşkilatı və Türk Dünyası İşlətmə Fakültəsinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib. Türk Dünyası İşlətmə Fakültəsinin dekan müavini Cəvahir Məmmədovanın, müəllimlər Nəriman Xanəhmədovun, Oqtay Quliyevin, Bəsdi Əliyevanın və Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimovun iştirak etdiyi tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. 
Tədbirdə çıxış edən Cəvahir Məmmədova ilk növbədə Ulu öndər Heydər Əliyevin həyat yolu haqqında ətraflı məlumat verib, dahi şəxsiyyətin istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan xalqının tarixində oynadığı müstəsna roldan danışıb. Cəvahir Məmmədova dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikanın üzləşdiyi problemlərə və Ermənistanın torpaqlarımıza təcavüzünə toxunaraq vurğulayıb ki, məhz Heydər Əliyev uzaqgörənliyi sayəsində Azərbaycan xalqı siyasi hərc-mərclikdən yaxa qurtardı və dövlətçiliyini qoruya bildi.
Daha sonra çıxış edən Nəriman Xanəhmədov deyib ki, Azərbaycanın müasir müstəqillik tarixinin ilk illəri, 1991-1993-cü illər xaosun, anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma dövrü kimi xarakterizə olunur: "Belə bir vaxtda xalqımız Ulu öndəri təkidlə Bakıya çağırdı. Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, dönməz xarakter aldı".
Nəriman Xanəhmədov əlavə edib ki, Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımızı xoş sabahlara doğru aparır.
Tədbirdə həmçinin Rəsul Həşimov və digər natiqlər çıxış edərək Ulu öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini deyib, həmin siyasətin hazırda Onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilib və tələbələr fəxri fərmanla təltif olunublar.

Paylaş:
Baxılıb: 849 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31