Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nizami rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Nizami rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

23.12.2017 [09:48]

Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Məhz buna görə də 1991-ci il dekabrın 16-da Ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən Ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində apardığı siyasətin və qəbul etdiyi tarixi qərarların uğurlu nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edir, eləcə də dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış ən dəyərli addım kimi özünü doğruldub.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, Ulu öndər 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra azərbaycançılığı nəinki dövlətçilik konsepsiyasına, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəldib. Ümummilli liderimiz 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalayıb və həmin ilin noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının ilk qurultayı keçirilib. Məhz bundan sonra dünyada yaşayan azərbaycanlıların təşkilatlanması üçün yeni şərait yaranıb: “Ulu öndərimizin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə, milli həmrəyliyi təmin edən milli mənəvi mexanizmdir. Azərbaycançılıq təkcə ölkəmizdə yaşayan insanları deyil, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək güclü milli istinad mənbəyinə, dövlətçilik məfkurəsinə, milli inkişafın praktik modelinə çevrilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünya azərbaycanlılarının təşkilatlanması sahəsində son dərəcə uğurlu nəticələr əldə olunub. Hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd edilməsi də bu siyasətin və milli həmrəyliyin nəticəsidir”.
Digər çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən, qarşıya qoyduğu vəzifələrdən bəhs olunub. Qeyd olunub ki, bütün dünyada azərbaycançılıq ideologiyası ilə yaşayan hər kəs bu günü qürurla qeyd edir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda keçirilən rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Həmçinin rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştirak etmiş üzvlərə fəxri fərmanlar və gənclərin siyasi-ideoloji maarifləndirilməsində fərqlənmiş fəallara sertifikatlar verilib.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31