Hədəf, çalışqanlıq və özünəinam
04.08.2018 [08:46]
700 bal toplayan Əsra Bayramova uğur formulunu belə izah edir
2018-2019-cu tədris ili üçün I-IV ixtisas qrupları üzrə öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş abituriyentlər artıq səbirsizliklə ilk dərs gününü gözləyirlər. Xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Elə Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Əsra Bayramova da həmin rekordçular siyahısına adını yazdıranlardan biridir. Məlumat üçün bildirək ki, Əsra 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Texniki elmlərə böyük marağı olduğunu deyən rekordçumuz Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi mühəndisliyi” ixtisasını seçib. O, son dövrün ən aktual sahəsi olduğunu və gələcək perspektivini nəzərə alaraq bu sahəni seçməyə qərar verdiyini deyib: “BANM tədrisin dünya standartlarına uyğun təşkil olunduğu məktəblərdəndir. Həmçinin burada yalnız bilik səviyyəsi yüksək olan, imtahanlarda yüksək bal toplayan tələbələr cəmlənib. Tələbələr üçün yaradılan şəraitlə də tanış olduqdan sonra seçimimin BANM olduğunu təsdiq etdim. BANM-i bitirdikdən sonra ixtisasım üzrə bilikli mütəxəssis olacağıma əminəm. Bu sahə üzrə biliklərimi uğurla tətbiq edərək həyatda öz yerini tapmış və təsdiqləmiş bir mühəndis olmaq istərdim”.
“Bütün fənlərə eyni dərəcədə maraq göstərmişəm, lakin sonradan dəqiq elmlərə daha çox üstünlük verməyə başladım. Riyaziyyat üzrə keçirilən olimpiadalarda daim iştirak edib müxtəlif nəticələr göstərmişəm. Bundan başqa, Sumqayıtda Bülbül adına 5 saylı Musiqi məktəbində fortepiano üzrə təhsil almışam, eyni zamanda, şahmatla məşğul olmuşam. Uğurumu valideynlərimə və müəllimlərimə borcluyam. Biliklərə yiyələnməyimdə və formalaşmağımda daim onların dəstəyini hiss etmişəm. Düşünürəm ki, uğur əldə etmək üçün insana 3 şey lazımdır: hədəf, çalışqanlıq və özünəinam. Növbəti il imtahan həyəcanını yaşayacaq abituriyentlərə demək istərdim ki, sistemli və davamlı olaraq çalışsınlar, yuxu rejimini isə pozmasınlar. Ən əsası isə, özlərinə inansınlar”, - deyə Əsra Bayramova söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

