Xocalı soyqırımı qurbanlarının xatirəsi Qafqaz Müsəlmanları İdarəsində yad edilib
22.02.2019 [09:44]
Fevralın 21-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Erməni vandalları işğal etdikləri ərazilərimizdə bütün maddi-mənəvi abidələrimizi yerlə-yeksan ediblər. Erməni işğalçıları bu gün də atəşkəsi mütəmadi olaraq pozur, dinc əhalini atəşə tuturlar.
QMİ sədri qeyd edib ki, bütün dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq, bu tarixi faciəyə dünya birliyi hələ də lazımi siyasi qiymət verməyib.
A.Paşazadə qeyd edib ki, dövlətimiz tərəfindən qaçqın və məcburi köçkün ailələrinə, o cümlədən Xocalı faciəsi qurbanlarının ailələrinə hər zaman diqqət və qayğı göstərilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, xalqımız Xocalı faciəsini heç zaman unutmamalıdır. Çünki Xocalıda törədilmiş faciə insanlıq əleyhinə cinayətdir. Bu faciəni törədənlər yaşından, harada olmasından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməlidir.
Komitə sədri qeyd edib ki, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında çoxsaylı işlər görülüb və hazırda da bu işlər davam etdirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək siyasətini yeridir. Lakin bu yol tükənəndə Azərbaycan dövlətinin məsələni hərbi yolla həll etmək ixtiyarı var. Buna ölkəmizin istər siyasi, istərsə də hərbi gücü çatır.
Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində görülən işlərlə bağlı danışan R.Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasını xatırladıb. Qeyd edib ki, bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində artıq bir çox ölkələr Xocalı soyqırımını tanıyır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, deputatlar Flora Qasımova, Bəxtiyar Əliyev, Elman Məmmədov, Azərbaycandakı Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev və digər çıxış edənlər bildiriblər ki, insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidirlər. Bildirib ki, Ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Dövlətimizin başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.
Tədbirdə Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

