/ / Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19.07.2019 [09:47]
QMİ sədri təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanınan, çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən, böyük hörmətə və nüfuza sahib olan şəxsiyyətdir
Qafqaz regionunun son 30 illik tarixi təlatüm, çaxnaşma, faciə və silahlı münaqişələrlə dolu olub. Həmin dövrdə ən kritik anlarda belə tutduğu vəzifənin mötəbərliyinə uyğun olaraq bütün hadisələrin fövqündə dayanmağı, siyasi çəkişmələrdən uzaqda qalmağı bacaran, həlledici məqamda müdriklik nümayiş etdirən, yolgöstərici, sülhyaradıcı missiyası ilə daha böyük fəlakətlərin baş verməsinin qarşısını alan nadir şəxsiyyətlərdən biri də Qafqazın ali dini lideri Şeyxülislam Allahşükür Paşazadə olub. Bu baxımdan, birmənalı şəkildə demək olar ki, bu ilin avqustunda anadan olmasının 70 ili tamam olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə müstəqil Azərbaycanın tarixində də özünəməxsus rolu ilə seçilib.
Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev Allahşükür Paşazadənin fəaliyyətinə daim yüksək qiymət verib: “Bizim doğma İslam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır”. Azərbaycan Prezidenti İlham Əliyev də A.Paşazadənin fəaliyyətini yüksək qiymətləndirərək deyib ki, Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanınan, çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən, böyük hörmətə və nüfuza sahib olan şəxsiyyətdir.
Şeyxülislamın son illərdəki fəaliyyətində daha qabarıq nəzərə çarpan onun Prezident İlham Əliyevin təşəbbüsü ilə geniş vüsət alan sivilizasiyalararası və dinlərarası dialoq prosesində mühüm roludur. QMİ sədri Allahşükür Paşazadənin dövlətimizin həyata keçirdiyi sivilizasiyalararası və dinlərarası dialoq çərçivəsində fəaliyyətini üç istiqamətdə qruplaşdırmaq mümkündür: Azərbaycanın yerləşdiyi regionda, İslam coğrafiyasında və beynəlxalq müstəvidə.
Allahşükür Paşazadə regionda sülhün və dialoqun təmin olunmasında özünəməxsus fəaliyyəti ilə seçilir
Bütün Qafqazın dini lideri kimi Şeyxülislam xalqlarımız arasında münasibətlərin inkişafı, sülhün möhkəmləndirilməsi və dostluğun dərinləşdirilməsi yönündə mühüm işlər görür. Bu fəaliyyətinə görə cari il fevralın 27-də Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Şeyxi xüsusi ordenlə təltif edib və hörmətini belə dilə gətirib: “Şeyxin hər bir gəlişi bizim üçün əlamətdar hadisədir. Ona görə də hörmətli Şeyximizə millətlərarası, dinlərarası əlaqələrə, Şimali Qafqazın bütün subyektləri arasında münasibətlərə verdiyi töhfələrə görə Qaraçay-Çərkəz Respublikasının ali mükafatını təqdim etmək mənim üçün böyük şərəfdir”.
Bu, Şeyxülislamın fəaliyyətinə Şimali Qafqazın yalnız bir respublikasında verilən qiymətdir. Heç şübhəsiz, digər respublikalarda da Bütün Qafqazın Şeyxi eyni hörmət və ehtiramla qarşılanır. Belə ki, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana son səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə də Allahşükür Paşazadənin millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində rolunu xüsusi qeyd edərək, onun təkcə Azərbaycan müsəlmanlarının deyil, həm də Qafqazın ali dini rəhbəri kimi böyük işlər gördüyünü vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin də QMİ sədrinin fəaliyyətinə və şəxsiyyətinə böyük hörmətlə yanaşır: “Şübhəsiz, Qafqaza dair məsələlərdə dini konfessiyaların ruhani liderləri mühüm rol oynayırlar. Sizin münaqişəli vəziyyətləri nizama salmaq sahəsində sülhməramlı, yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi iqlimin sağlamlaşdırılması naminə səyləriniz ən yüksək qiymətə və hərtərəfli dəstəyə layiqdir...”
Bununla yanaşı, Allahşükür Paşazadənin MDB Dinlərarası Şurasının həmsədrlərindən biri seçilməsi təkcə Rusiyada deyil, ümumiyyətlə, MDB məkanında Azərbaycan ali dini liderinə etimad və hörmətin yüksək səviyyədə olmasının göstəricisidir. Dinlərarası Şuranın həmsədri Allahşükür Paşazadənin təşkilatçılığı və təşəbbüsü ilə 2002-ci ildə Tbilisidə “Qafqazda sülh uğrunda əməkdaşlıq” beynəlxalq forumu, 2004-cü ildə Moskvada Beynəlxalq dinlərarası sülhyaratma forumu, 2006-cı ildə “Dünya dini liderlərinin Moskva Sammiti”, 2010-cu ildə isə “Dünya dini liderlərinin Bakı Sammiti” keçirilib.
Xüsusi olaraq qeyd edək ki, Şeyxülislam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün ermənilərin katolikosu II Qareginlə görüşlərdə münaqişənin yalnız sülh yolu ilə ədalətli həlli üçün səylər göstərib.
İslam dininin obyektiv təbliğində Şeyxülislam vacib rol oynayır
Məlum olduğu kimi, İslam dünyasının tərkib hissəsi olan ölkəmizdə həmişə milli-mənəvi dəyərlər qorunub saxlanır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz İslam Konfransı Təşkilatına (2011-ci ildən sonra İslam Əməkdaşlıq Təşkilatı) üzv olub, müsəlman dövlətləri ilə diplomatik əlaqələr qurub. Müstəqilliyimizi tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olub. Buna görə də müsəlman ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. İslamın təbliği və onun həqiqi, sülhpərvər obrazının dünyaya tanıdılması baxımından əhəmiyyətli olan bu prosesdə A.Paşazadənin mühüm rolunu qiymətləndirməmək olmaz.
Onu da xatırlatmaqda fayda var ki, A.Paşazadə İslam həmrəyliyi prinsipindən çıxış edərək Yaxın Şərqdə və müsəlman dünyasında baş verən kütləvi qırğınlarla bağlı hər zaman öz etiraz səsini ucaldıb, bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırıb.
Bütün İslam ölkələrinin dini liderləri ilə yüksək səviyyədə münasibət quran QMİ sədri İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla, bütün regional və beynəlxalq dini qurumların rəhbərliyində təmsil olunur, onların fəaliyyətində iştirak edir. Bu xidmətlərinə görə Allahşükür Paşazadə 2019-cu ilin fevral ayında Misirin paytaxtı Qahirədə keçirilən İƏT-in I İslam Mədəniyyəti Festivalı çərçivəsində “İslam dünyasına xüsusi töhfələri olan şəxs” ali mükafatına layiq görülüb. Şeyxülislamın bu mükafatı alan dünyanın beş görkəmli müsəlman liderindən biri olması İslam aləmində onun dönməz və ardıcıl fəaliyyətinin yüksək qiymətləndirildiyini göstərir.
Qeyd edək ki, mükafatlandırma zamanı İƏT-in indiki Baş katibi Yusif bin Əhməd əl-Useymin də Şeyxülislamı bütün dünyada İslamın təbliğ olunması istiqamətində çox böyük işlər görən din xadimi kimi dəyərləndirib: “O təkcə Azərbaycanın, Qafqazın Şeyxi deyil, həm də şəxsən mənim Şeyximdir. Şeyxülislamın sülhpərvər mövqeyi həm ölkə daxilində, həm də xaricdə onun şəxsiyyətinə böyük rəğbət qazandırıb”.
Dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişafında Allahşükür Paşazadənin xüsusi xidmətləri var
Regionun aparıcı dövləti olan Azərbaycanı beynəlxalq müstəvidə fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri də ölkəmizdə multikultural və tolerant cəmiyyətin mövcud olması, eləcə də milli-mənəvi dəyərlərin qorunmasıdır. Şərq ilə Qərb arasında körpü rolunu oynayan bir ölkə kimi Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına da müstəsna töhfələr verir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə başlanan, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yeni bir formatda əməkdaşlığına əsaslanan “Bakı Prosesi” çərçivəsində Azərbaycan paytaxtında hər il mədəniyyətlərarası və dinlərarası dialoq mövzusunda çoxsaylı forumlar və tədbirlər keçirilir. Bu kontekstdə həmin dialoqun yaratdığı ideoloji və mənəvi əsasların daha da gücləndirilməsi növbəti mərhələdə islamofobiyadan, ksenofobiyadan uzaq olan mənəvi mühitin formalaşması üçün təşkilatlanmanı şərtləndirir.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü və QMİ sədri A.Paşazadənin bilavasitə təşkilatçılığı ilə dinlərarası dialoq platforması çərçivəsində Almaniyada, İspaniyada, İranda, Misirdə, Rusiyada, Türkiyədə bir çox tədbirlər keçirilib. 2016-cı ilin noyabrında İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilən konfrans artıq ənənə halını alıb, 2017-ci və 2018-ci illərdə də baş tutub. Həmçinin QMİ nəzdində təsis olunmuş Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin (BBDSƏM) təşkilatçılığı ilə 2018-ci ilin 19 noyabrında Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.
KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olan QMİ sədri bu təşkilatın işində də fəal iştirak edir. Belə ki, 19-20 iyun 2019-cu il tarixlərində Avstriyanın paytaxtı Vyanada KAICIID-in, QMİ nəzdində BBDSƏM-in təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə keçirilməsində Allahşükür Paşazadənin əməyi böyük olub. Buna görə də KAICIID-in Baş katibi Feysəl bin Muammar A.Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişafında xidmətlərini xüsusi qeyd edib.
Tədbir çərçivəsində maraqlı hadisələrdən biri də Şeyxülislamın konfransın sonunda dünyada sülhün, ədalətin bərqərar olması üçün konfrans iştirakçılarına öz dini qaydalarına uyğun olaraq öz dillərində dua etmək çağırışı olub. Bu çağırışa cavab olaraq bir anda konfrans zalında müxtəlif dillərdə və dinlərin rituallarına uyğun olaraq dualar səsləndirilib.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə əvvəlki illərdə də beynəlxalq tədbirlərin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub: 1998-ci ildə “Müasirlik və dini-mənəvi dəyərlər”, 2004-cü ildə “Qloballaşma və İslam”, 2006-cı ildə “Tolerantlığın örnəyi - Azərbaycan”, 2014-cü ildə “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” və s.
Məhz bu kontekstdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində 14-15 noyabr 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılan “Dünya dini liderlərinin II Bakı sammiti” də böyük əhəmiyyət daşıyır.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, QMİ sədri mötəbər təşkilatlarda ölkəmizi təmsil etməklə yanaşı, Azərbaycanın həyata keçirdiyi sivilizasiyalararası və dinlərarası dialoqun rəsmi dövlət siyasətinin dini müstəvidə təmsilçisi kimi çıxış edir.
Qaşqay ZİYƏDDİNOĞLU
“Şeyxülislam Allahşükür
Paşazadə-70” mövzusundakı
müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

