“Üzümçü və Şərabçı Gənclər” Birliyi ilə fermerlər arasında əməkdaşlıq qurulur
18.03.2020 [09:10]
Mövsümlə əlaqədar olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinın Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları, o cümlədən institutda fəaliyyət göstərən “Üzümçü-Şərabçı Gənclər” Birliyinin üzvləri fermerlərə məxsus üzüm bağlarında tarla seminarı keçiriblər. Seminarda Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən könüllülər də iştirak ediblər. Artıq ikinci dəfədir ki, həyata keçirilən tarla seminarının məqsədi alimlərin və gənclərin üzümçülüklə məşğul olan fermerlərin birgə fəaliyyətinə nail olmaq, onlarda vərdiş və bacarıqları daha da artırmaq, eləcədə bu sahədəki nəzəri - təcrübi biliklərin artırılmasına nail olmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tarla seminarı Abşeron rayonunun Məhəmmədi kəndindəki üzümçülük təsərrüfatında keçirilib. Təcrübəli fermer Sücəddin Rzayev üzüm bağı, becərilən sortlar və həyata keçirdiyi aqrotexniki tədbirlər barədə gənclərə məlumat verib.
Sonra ÜŞETİ-nin aqrotexnika şöbəsinin müdiri Azər Şükürov üzüm bağında əyani şəkildə budama qaydalarını gənclərə izah edib, ümumi aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsinin mahiyyəti barədə danışıb. ÜŞETİ-nin direktoru Vüqar Səlimov isə gənc mütəxəssislərə və tələbələrə sortların bioloji xüsusiyyətləri, tənəyin ümumu quruluşu, onun ayrı-ayrı vegetativ orqanlarının funksiyaları barədə ətraflı məlumat verib.
Gənc mütəxəssislər və könüllü tələbələr müzakirələrdə aktiv iştirak edərək budamanı əyani olaraq həyata keçiriblər. Sonra institutda fəaliyyət göstərən “xidmət qrupunun” üzvləri və gənclərin iştirakı ilə sahənin ümumi sanitar vəziyyətinə baxış keçirilib. Aydın olub ki, sahədə bir çox tənəklərdə təhlükəli zərərvericilərdən olan “canaqlı yastıcanın” sirayətlənmə əlamətləri var. Bu üzümün ən təhlükəli zərərvericisidir. Yaşıl zoğları, meyvələri, hətta çoxillik hissələri də zədələyə bilir. Zərərvericiyə qarşı mübarizə aparılması üçün fermerə praktiki tövsiyələr çatdırılıb. Üzüm bağlarında mövsümi aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirlərinin vaxtında aparılması, sorta məxsus diferensial aqrotexnikanı tətbiq etməklə üzüm sortlarının tənəklərinə forma verilməsi qaydaları, tənəklərdə quru budama barədə istehsalçıya praktiki məlumat verilib.
Alimlər qeyd ediblər ki, üzüm budanıb qurtardıqdan sonra kəsim zamanı yaranan yaralardan infeksiya keçməsinin qarşısını almaq üçün tənəklərə 4-5 faizli “Bordo” məhlulu ilə çiləmə aparılmalıdır. Bu məqsədlə “Bordo bulamacı”, “Kauratil”, “Koside”, “Funquran OH” və s. kimyəvi preparatlardan istifadə etmək olar. Bundan başqa fevral ayının sonlarında və mart ayının əvvəllərində zərərvericilərə qarşı profilaktiki mübarizə məqsədilə emusiyalaşdırılmış yağlarla (Hekvidor OİL, VOLK 92) hektara 25-35 litr və müvafiq insektisidlərlə (“Versal”, “Poliqor”, “Priban”, “Meqaban”) hektara 2,5-3,0 litr olmaq şərti ilə qarışdırılaraq çiləmək lazımdır.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

