Həmrəy olaq, COVID-19-a birlikdə qalib gələk!
24.11.2020 [08:54]
“Xəstəlik nə qədər erkən aşkar olunarsa və ona qarşı doğru müalicə aparılarsa, effektivliyi bir o qədər yüksək olar”
Dünya ölkələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunur. Məlumat üçün bildirək ki, hazırda dünyada 57 milyon insan koronavirusa yoluxub, 1,4 milyon insan isə bu virusun qurbanı olub. Bu səbəbdən bir çox ölkələrdə yenidən sərt karantin qaydaları tətbiq edilir, müvafiq məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 xəstəliyinə yoluxma halları davam etməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Azərbaycanda virusun yayılması və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından bir sıra qadağaların tətbiq edilməsinə qərar verilib. Ekspertlər ölkəmizdə həyata keçirilən bütün tədbirlərin vətəndaşların sağlamlığının qorunmasına xidmət etdiyini bildirirlər. Eyni zamanda, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyi, sanitar-gigiyenik qaydalara düzgün riayət olunması, kütləvi toplaşmamağın vacibliyi ilə bağlı mütəmadi olaraq çağırışlar edilir.
Koronavirusla mübarizədə həmrəy olmağa səsləyən Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib ki, son günlər dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də koronavirusa yoluxanların sayında ciddi artım var. Onun sözlərinə görə, buna havaların soyuması və həm də bununla bağlı insanların daha çox qapalı məkanlarda olmasının təsiri böyükdür: “Koronavirus və digər infeksiyalara qarşı mübarizənin əsas yollarından biri qorunmadır. Bu məqsədlə hər kəs həmrəy olaraq karantin qaydalarına ciddi əməl etməli, qoruyucu maskadan düzgün istifadə etməli, ciddi ehtiyac olmadığı halda evdən çıxmamalı və qapalı, insanların sıx toplaşdığı yerlərdən kənar olmağa çalışmalıdır. Amma yaddan çıxarmamalıyıq ki, tənəffüs infeksiyalarına yoluxmadan qorunmaq sözlə ifadə edildiyi qədər asan deyil və bu infeksiyalara yoluxanların hamısı xəstələnmir və ya xəstələnənlərin hamısında xəstəliyin gedişi və ağırlığı eyni olmur. Burada orqanizmin fərdi xüsusiyyətlərinin (genetik, yaş, yanaşı xəstəlik və s.) rolu böyükdür. Ona görə də karantin qaydalarına əməl edərək koronavirusa yoluxmadan qorunmaqla yanaşı, orqanizmin bu infeksiyaya qarşı mübarizə qabiliyyətinin də normal saxlanılması vacibdir”.
Vurğulanıb ki, bu məqsədlə də normal gün rejimi (normal yuxu, istirahət), kəmiyyət və keyfiyyətcə normal qidalanma ( xüsusilə, Vitamin C və zülallarla zəngin qidalar - meyvə-tərəvəz, ət, balıq və s.), soyuqlamadan və stressdən qorunmaq lazımdır: “Əgər hərarətin yüksəlməsi, kürəkdə ağrı, iybilmə-dadbilmə hissinin pozulması, halsızlıq, tərləmə, təngnəfəslik, öskürək və s. olarsa, koronavirusa görə müayinədən keçmək lazımdır. Hər kəs unutmamalıdır ki, xəstəlik nə qədər erkən aşkar olunarsa və ona qarşı doğru müalicə aparılarsa, effektivliyi bir o qədər yüksək olar”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

