Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
20.01.2021 [10:10]
Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi və Qarabağ müharibəsindən sonra yaranan problemlərlə əlaqədar ölkənin qan ehtiyatlarında müəyyən azalma baş verib. Buna görə müxtəlif vaxtlarda səhiyyə təşkilatları tərəfindən qanvermə ilə bağlı çağırışlar edilib. Çünki qan ehtiyatlarının azalması, xüsusilə qana ehtiyacı olan xəstələrin səhhətində çox ciddi problemlər yaradır, onların sağlamlığını risk altında qoyur.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ayrı-ayrı vaxtlarda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən qanvermə aksiyaları kimi nəcib təşəbbüsə bu gün Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev və komitənin üzvü Şahin Seyidzadə də qoşulublar. Komitə tərəfindən “Yaşatmaq yaşamaq qədər gözəldir” şüarı altında növbəti dəfə qanvermə aksiyası təşkil edilib. Mərkəzi Qan Bankında baş tutan aksiyada təxminən 200-ə yaxın idmançı və gənc iştirak edib. Tədbir zamanı bütün tibbi-profilaktiki tədbirlər nəzərə alınıb, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində nəzərdə tutulan şərtlərə əməl olunub.
Aksiyada iştirak edən vitse-spiker Adil Əliyev qana ehtiyacı olan xəstələr, müharibədə zədə alan yaralı və qazilərimiz üçün bu tədbirin keçirilməsinin zəruri olduğunu bildirib. O, aksiyanın keçirilməsi üçün məhz bu günün - yanvarın 19-nun seçilməsinin təsadüfi olmadığını vurğulayıb. Çünki, sabah bütün xalqımız - qanlı 20 Yanvar hadisəsində şəhid olan insanların 31-ci anım gününü qeyd edəcək. Adil Əliyev 20 Yanvar şəhidləri ilə yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçən bütün insanlara Allahdan rəhmət diləyib. Milli Məclis sədrinin müavini dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq hər kəsi qanvermə aksiyasında iştirak etməyə çağırıb, aksiya zamanı mövcud karantin qaydalarına riayət etməyi, qan vermək istəyən şəxslərin Qan bankının ölkəmizin müxtəlif regionlarında yerləşən bölmələrinə müraciət etməsini tövsiyə edib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12

