Mərkəzi Elmi Kitabxanada “Heydər Əliyev və mətbuat” mövzusunda lektoriya təşkil edilib
16.07.2021 [08:48]
İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) milli mətbuatımızın 146-cı ildönümü münasibətilə “Heydər Əliyev və mətbuat” mövzusunda lektoriya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə MEK-in baş direktoru professor Məmməd Əliyev, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Əməkdar jurnalistlər Aqil Abbas, Qulu Məhərrəmli, professorlar Vüqar Əhməd, Şəlalə Həsənova və digər çıxış edənlər görkəmli maarifçi Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” qəzetinin Azərbaycan mətbuat tarixinə şərəfli səhifələr yazdığını qeyd edib, ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıblar. Bildirilib ki, Ulu Öndər hər zaman jurnalistlərin dostu olub. Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad fəaliyyət göstərməyə başladı. Xüsusilə dahi rəhbərin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ölkədə demokratiyanın inkişafını sürətləndirən mühüm tədbirlərdən biri oldu.
Çıxışlarda Heydər Əliyev epoxasında milli mətbuatın inkişafı istiqamətində görülən işlərdən, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açılıb, bu sahədə imzalanan Fərman və sərəncamların Azərbaycan mətbuatına, azad sözə verilən böyük diqqətin göstəricisi olduğu vurğulanıb.
Qeyd edilib ki, fenomen şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Bugünkü Azərbaycan mediası Heydər Əliyev ideyalarının məhsuludur və 44 günlük Vətən müharibəsi zamanı Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr Azərbaycan mediasını ikinci dəfə informasiya blokadasından çıxardı.
Sonda 22 iyul - Milli Mətbuat Günü və MEK-in elmi fəaliyyətini müntəzəm işıqlandırdıqlarına görə KİV-lərin nümayəndələrinə kitabxana tərəfindən təşəkkürnamə təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

