Fermerlərə böyük dəstək olan layihə
22.04.2024 [17:18]
Hər il ölkənin uğurlu inkişafı və bu prosesin davamlılığının təmin olunması həyata keçirilən islahatlardan aslıdır.Son 20 il ərzində Azərbaycan Respublikası iqtisadi və sosial inkişaf baxımından gözə çarpacaq nailiyyətlərə imza atıb.
Ölkənin uğurlu daxili və xarici siyasəti, milli və qlobal maraqların uzlaşdırılması, müasir idarəetmə texnologiyalarının tətbiqi Azərbaycanın beynəlxalq münasibətlər sistemində iqtisadi və siyasi önəminin getdikcə artmasına yol açıb. Azərbaycan Respublikasının paytaxtı Bakı bəşəriyyətin qlobal problemlərinin müzakirəsi mərkəzinə çevrilib. Ölkənin bütün regionları köklü şəkildə dəyişikliklərə məruz qalıb, öz simasını dəyişib.
Ölkəmizin qısa dönəmdə əldə etdiyi uğurlar ölkə Prezidenti İlham Əliyev tərəfindən işlənib hazırlanan və səmərəli şəkildə tətbiq edilən innovativ dövlət idarəçiliyi texnologiyaları sayəsində mümkün olub. Cənab İlham Əliyevin davamlı olaraq regionlara etdiyi səfərlər respublikamızın bütün rayon və bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin hər zaman xüsusi diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Azərbaycanda kənd təsərrüfatının inkişafının müasir suvarma texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılıb və bu istiqamətdə böyük magistral kanallar çəkilir, mövcud suvarma sistemlərinin yenidən qurulması və meliorasiya vəziyyətinin yaxşılaşdırılması kimi layihələr ardıcıl olaraq həyata keçirilir.
Bu işlərin bariz nümunəsi olaraq cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şirvan suvarma kanalının əhəmiyyətini vurğulayaraq qeyd etmişdir: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək”.
Nəzərdə tutulan layihənin xüsusi əhəmiyyətə malik olacağını vurğulayan ölkə başçısı yaxın 3 il ərzində tikinti işlərinin yekunlaşacağını bildirdi. Bilirik ki, Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşir. Kanal Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.
Azərbaycan iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. Müasir dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, həmçinin, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır.
Şirvan suvarma kanalının yenidən qurulması Azərbaycan fermerlərinə suvarma suyuna olan təlabatlarını ödəməkdə böyük dəstək olacaqdır.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təıkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

