/ / Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə “Bir ömrün imzası” adlı tədbir keçirilib
Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə “Bir ömrün imzası” adlı tədbir keçirilib
29.04.2025 [17:45]
Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə “Bir ömrün imzası” adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti Başçısının Aparatının İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsi müdirinin müavini Məhəmməd Şahbazov, rayon ziyalısı, YAP veteranı Tahir Bayramov, rayon Mərkəzi Xəstəxanasının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov çıxışında müstəsna xidmətləri ilə əbədiləşən akademik Zərifə Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi barədə geniş məlumat verərək bildirib ki, o, Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz rol oynayıb. Z. Əliyeva traxoma xəstəliyinin öyrənilməsi, peşə göz xəstəliklərinin profilaktikası və müalicəsi, oftalmologiyanın müasir problemləri üzrə sanballı tədqiqatlar aparıb, “Terapevtik oftalmologiya” və “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya və dərsliklərin, 150-yə yaxın elmi məqalənin, 1 ixtiranın və 12 səmərələşdirici təklifin müəllifidir.
Laçın Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsi müdirinin müavini Məhəmməd Şahbazov, rayon ziyalısı, YAP veteranı Tahir Bayramov və digər çıxışçılar akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan novator alim olduğunu, elmi-pedaqoji fəaliyyətində gənc mütəxəssislərin yetişdirilməsinə və oftalmoloqların ixtisasının artırılmasına böyük diqqət göstərdiyini vurğulayıblar.
Çıxışçılar həmçinin Akademik Zərifə Əliyevanın Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalının redaksiya heyətinin üzvü olduğunu qeyd ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim edilərək xatirə şəkilləri çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

