Bu seçkilərin də qalibi cənab İlham Əliyev olacaq
21.09.2013 [10:07]
Tərtər rayonunun Qaynaq, Qapanlı və Hüseynli kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tərtər rayonu üzrə Seçki Qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüş rayonun Qaynaq, Qapanlı və Hüseynli kəndlərində keçirilib.
Seçki-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbirləri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq ölkəmizin növbəti bir tarixi mərhələ ərəfəsində olduğunu deyib. Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini bildirən Ramiz Şabanov bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib
Azərbaycanın son 20 ildə əsrlərə bərabər inkişaf yolu keçdiyini bildirən rayon təşkilatının sədri əsas diqqəti iqtisadi göstəricilərə yönəldib. Ramiz Şabanov deyib ki, ölkəmiz bu gün iqtisadi göstəriciləri ilə dünyanın diqqət və marağındadır: “Bu göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü büruzə verir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar buna əyani sübutdur”.
Tərtərin həm də bir cəbhə bölgəsi rayonu olduğunu deyən natiq Ermənistanın işğalçılıq siyasəti və onun aradan qaldırılması istiqamətində həyata keçirilən siyasət barədə də seçicilərə məlumat verib. Ramiz Şabanov çıxışını “Xalqımız əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə torpaqlarımız erməni işğalçılarından təmizlənəcək. Bu işdə xalqımız dövlət başçısına hər zaman dəstək verib və oktyabrın 9-da bu dəstəyi bir daha nümayiş etdirəcəyik” sözləri ilə tamamlayıb.
Görüşlərdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev Azərbaycanın əldə etdiyi iqtisadi yüksəlişin hər bir sahədə köklü dəyişikliklərlə müşayiət olunduğunu diqqətə çatdırıb. 2003-cü ildə Azərbaycanın dövlət başçısı seçilərkən İlham Əliyevin verdiyi vədləri xatırladan Q.Allahverdiyev ötən 10 ildə bütün vədlərin yerinə yetirildiyini bildirib. Onun sözlərinə görə, ölkənin artan imkanları hər bir vətəndaşın həyatında hiss olunur: “Qarşıdakı 5 ildə insanların sosial müdafiəsi daha da güclənəcək. Buna nail olmaq üçün sizləri bir daha düzgün seçim etməyə, cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Eyni zamanda, görüşlərdə Qaynaq kənd sakinləri Süleyman Quliyev, Yaşar Mirzəyev, Zeynəb Abbasova, Qapanlı kənd sakinləri Elxan Allahverdiyev, Zabil Quliyev, Hüseynli kənd sakinləri Sabir Zeynalov, Bəsti Məmmədova, Cümşüd Həsənov, Qazyan kənd sakinləri Nəriman Əliyev, Şamo Ələkbərov çıxış edərək xalqın seçiminin artıq bəlli olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən, Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır: “Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə biz tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik”.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10

