Hacıqabul rayonunun sakinləri inkişafı dəstəkləyir
02.10.2013 [10:11]
YAP Hacıqabul rayon təşkilatı Ağacanlı kəndində seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı dünən partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Ağacanlı kəndinin seçiciləriylə növbəti görüşünü keçirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov keçirilən silsilə görüşlərin rayon əhalisinin Prezident İlham Əliyevə olan dərin məhəbbətinin, inamının göstəricisi olduğunu vurğulayıb. H.Bəşirov hər zaman hacıqabulluların dövlət başçısını dəstəklədiklərini və Onun apardığı siyasəti yüksək qiymətləndirdiklərini önə çəkib: “2003-cü il oktyabrın 15-də Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçilən zaman xalqımızın tarixində yeni bir səhifə açıldı. Bu yeni səhifə Hacıqabul rayonunun həyatında da özünü göstərdi. Məhz yorulmadan aparılan 10 illik fəaliyyət Prezident İlham Əliyevin ən əsas təbliğatına çevrilib. Hər bir vətəndaşımız bu fəaliyyətin canlı şahididir. Həm daxili, həm də xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanın inkişafına xidmət göstərir. Bu baxımdan da hər bir Azərbaycan vətəndaşının, o cümlədən də, Hacıqabul sakinlərində də seçiminin Prezident İlham Əliyev olması çox təbii və qanunauyğundur”.
Çıxış edən millət vəkili Rafael Hüseynov bildirib ki, cənab İlham Əliyevin Prezident olduğu son 10 ildə apardığı fəaliyyət dövlətin və vətəndaşların rifahına, maraqlarının qorunmasına xidmət göstərib. 9 oktyabr günündə məhz bu amil xalq tərəfindən qiymətləndiriləcək: “Cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib. Azərbaycan xalqı bir zamanların təlatümlü dövrünü başa vurub və sabitliyə qədəm qoyub. Mən əminəm ki, seçicilərimiz öz səslərini cənab İlham Əliyevlə yanaşı öz gələcəklərinə, sabitliyə, inkişafa, övladlarının xoşbəxt yaşamına verəcəklər”.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi İbadulla Ağayev bildirib ki, Prezident İlham Əliyevin alternativi yoxdur. O deyib ki, bütün vətəndaşlarımız birmənalı olaraq Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevi dəstəkləyir: “Vətəndaşlarımız öz seçimlərini ediblər. Bu seçimin adı inkişaf, gələcəyə inamlı addımlar, dövlətçilik mənafeyi, milli maraqlar- bir sözlə, Prezident İlham Əliyevdir!”
Daha sonra çıxış edən seçicilər Azərbaycan xalqının birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəklədiyini bildiriblər. Qeyd edilib ki, ki, hər bir vətəndaş gedən inkişafı öz həyatında hiss edir. Vurğulanıb ki, Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

