Prezident İlham Əliyev bütün azərbaycanlıların yeganə namizədi və seçimidir
02.10.2013 [10:13]
Bu fikirlər Ağcabədi rayonunun Boyat, Bilgan, Hacılar və Qaraxanlı kəndlərində keçirilən görüşlərdə bir daha bəyan edilib
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş oktyabrın 1-də rayonun Boyat, Bilgan, Hacılar və Qaraxanlı kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycanın son 10 ildə inkişaf etdiyini və dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini deyib. Ölkəmizdə aparılan quruculuq abadlıq işlərinin Ağcabədinin də inkişafına təkan verdiyini deyən Rövşən Əhmədovun sözlərinə görə, son illər Ağcabədi rayonu çox sürətlə inkişaf edərək özünün ən yüksək inkişaf dövrünü yaşayır: “Rayonda əsası qoyulan yeni istehsal sahələri, kənd təsərrüfatına göstərilən diqqət, yeni yolların salınması, ən ucqar kəndlərə qaz xətlərinin çəkilişi, parkların salınması, yeni inzibati binaların istifadəyə verilməsi son illər aparılan mühüm işlərin bir parçasıdır. Ağcabədi seçiciləri Prezident İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları təqdir edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyir və 9 oktyabrda hamı bir nəfər kimi bu siyasətin davamına - Prezident İlham Əliyevə səs verəcəklər”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Aqil Abbas deyib ki, Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir: “Prezident İlham Əliyevin onillik fəaliyyəti dövründə ölkədə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqətinin və qayğısının izləri görünməsin. Bu səbəbdən Prezident İlham Əliyev bütün azərbaycanlıların yeganə namizədi və seçimidir”.
Millət vəkili çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində aparılan siyasət barədə də danışıb. Aqil Abbas deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Onun sözlərinə görə, artıq münaqişənin həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir.
Millət vəkili sonda “Bir sözlə, Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Hər bir Azərbaycan vətəndaşı bu uğurların müsbət təsirini öz həyatında hiss edir. Və mən əminəm ki, sizlərdən hər biriniz bu cür əhval-ruhiyyə ilə, milli təəssübkeşliklə seçki məntəqələrinə gedərək, cənab İlham Əliyevə səs verəcəksiniz” deyib.
Görüşlərdə çıxış edən kənd sakinləri İradə Məmmədova, Kamil Abbasov, Təhminə Quliyeva, Fəqan Kərimov və başqaları Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon sakinləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

