Sabunçu rayonunda YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
19.11.2013 [09:12]
Ölkənin hər yerində olduğu kimi, Sabunçu rayonunda da Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.
Daha sonra YAP Sabunçu rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb.
O, qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib: “Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz həmin vaxt Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə, Naxçıvana, Ulu öndər Heydər Əliyevə müraciət göndərildi”.
O da vurğulanıb ki, partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilib. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edilib, Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib.
M.Abasquliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayı partiyamızın həyatında yeni mərhələnin başlanğıcı oldu. O deyib ki, cənab İlham Əliyev həmin qurultayda YAP Sədrinin birinci müavini seçildi. 2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
YAP Sabunçu rayon təşkilatının sədri onu da qeyd edib ki, Prezident İlham Əliyevin 9 oktyabr 2013-cü il prezident seçkilərində inamlı qələbəsi respublikamızın hər bir bölgəsində olduğu kimi, Sabunçu ictimaiyyəti tərəfindən də böyük sevinclə qeyd edilib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP yaranmasının 21-ci ildönümünü qeyd edir. Lakin tarixə nəzər salarkən, bu 21 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq: “Çünki, Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək 1992-ci il noyabrın 21-də yaradılmış YAP-ın Sədr məsuliyyətini üzərinə götürmüşdü. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider 1993-cü ildə Sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi”.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev partiyanın yaranmasının o dövrün tələbi olduğunu deyib: “1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib”.
Daha sonra tədbirdə millət vəkilləri Eldar Quliyev və Hacı Qalib Salahzadə çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlanaraq ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrilib.
Sonda YAP Sabunçu rayon təşkilatının fəal gəncləri çıxış ediblər və partiyamızın sıralarına yeni qəbul olunmuş bir neçə gəncə üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

