Qarşılıqlı etimad əsasında unikal əməkdaşlıq modeli
16.02.2026 [11:49]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını təsdiqləyir. Dövlətimizin başçısının çıxışında səslənən fikirlər formalaşmaqda olan uzunmüddətli strateji əməkdaşlıq modelinin təntənəsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin “Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq” fikri münasibətlərin siyasi etimad müstəvisində möhkəmləndiyini göstərir. Bu kontekstdə altı ay əvvəl Vaşinqtonda keçirilmiş görüş və Strateji Tərəfdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında sənədin imzalanması indiki mərhələnin əsasını qoymuş tarixi addım kimi çıxış edir.
“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” iki dövlət arasında münasibətləri yeni müstəviyə daşıyır. Sənəddə suverenliyin, müstəqilliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəyi bir daha təsdiqlənir ki, bu da beynəlxalq hüququn əsas prinsiplərinə söykənən əməkdaşlıq modelini nümayiş etdirir.
Xartiyanın mühüm xüsusiyyətlərindən biri dövlət qurumları ilə yanaşı, özəl sektorun da prosesə cəlb olunmasının vacibliyinin vurğulanmasıdır. Bu amil münasibətlərin yalnız siyasi deyil, iqtisadi və texnoloji inteqrasiya müstəvisində inkişaf etdirilməsinə yönəlib. Diplomatik, enerji, təhlükəsizlik və rəqəmsal sahələri əhatə edən geniş gündəlik iki ölkənin əməkdaşlıq spektrinin nə qədər şaxəli olduğunu göstərir.
Prezident İlham Əliyev çıxışında ABŞ administrasiyasının Qafqazda sülhə verdiyi töhfəni vurğulayıb. Ermənistan və Azərbaycanın Ağ Evdə sülh sazişini paraflaması və Birgə Bəyannamənin imzalanması regionda yeni reallıqlar yaradıb. Altı ay ərzində sülh şəraitində yaşanılması Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında fundamental dəyişikliklərin baş verdiyini göstərir. Bu məqamda ABŞ-ın vasitəçilik və siyasi dəstək rolu ikitərəfli münasibətləri daha geniş – regional sabitlik müstəvisinə çıxarır. Azərbaycan üçün bu proses yalnız münaqişədən sonrakı mərhələnin idarə olunması deyil, həm də iqtisadi və nəqliyyat layihələrinin təhlükəsiz mühitdə reallaşdırılması baxımından həyati əhəmiyyət daşıyır.
Tramp-Vens administrasiyasının regionda təşəbbüs göstərdiyi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi geosiyasi və geoiqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, Azərbaycan, Ermənistan və digər qonşu ölkələr vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək multimodal dəhliz rolunu oynayacaq. TRIPP təşəbbüsü Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) konsepsiyası ilə uzlaşaraq regionun beynəlxalq ticarət və tranzit potensialını artırmağa xidmət edir. Azərbaycan artıq Ermənistan istiqamətində yüklərin tranzitinə məhdudiyyətləri aradan qaldırıb və neft məhsullarının təchizatına başlayıb. Bu addımlar siyasi sülhün iqtisadi əməkdaşlıqla möhkəmləndirilməsi modelini ortaya qoyur.
Azərbaycan bu gün 16 ölkənin enerji təhlükəsizliyini təmin edir və onların 11-i NATO üzvüdür. Bu fakt ölkənin Avro-Atlantik təhlükəsizlik məkanında strateji əhəmiyyətini artırır. Xartiyada interkonnektor layihələrinin inkişafı, təchizat marşrutlarının şaxələndirilməsi və mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi kimi istiqamətlərin qeyd olunması enerji əməkdaşlığının daha da genişlənəcəyini göstərir. “Əsrin müqaviləsi” və Cənub Qaz Dəhlizi kimi layihələrlə formalaşmış enerji tərəfdaşlığı indi yeni mərhələyə qədəm qoyur. Enerji artıq yalnız ixrac resursu deyil, həm də geosiyasi etibarlılıq və tərəfdaşlıq kapitalıdır.
Xartiyanın ikinci bölməsi iqtisadi sərmayələr, süni intellekt (AI) və rəqəmsal infrastruktura həsr olunub. AI data mərkəzlərinin yaradılması, R&D mexanizmlərinin qurulması, innovasiya körpülərinin təşkili və texnologiyaların könüllü ötürülməsi kimi müddəalar Azərbaycan–ABŞ münasibətlərini yüksək texnologiyalar mərhələsinə çıxarır. Amerikanın aparıcı şirkətləri ilə əməkdaşlıq artıq ilkin nəticələr verməkdədir. Azərbaycan regional enerji və nəqliyyat mərkəzi olmaqla yanaşı, data və rəqəmsal tranzit platformasına çevrilmək niyyətini ortaya qoyur. Bu isə iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Xartiyanın təhlükəsizlik bölməsi müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığı, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahələrini əhatə edir. ABŞ-ın Azərbaycanın beynəlxalq sülhməramlı missiyalarda iştirakını yüksək dəyərləndirməsi tərəfdaşlığın qarşılıqlı etimada əsaslandığını göstərir.
Humanitar minatəmizləmə sahəsində maliyyə və texnoloji dəstək post-münaqişə reabilitasiyasının sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu faktor təhlükəsizlik əməkdaşlığının yalnız hərbi deyil, həm də humanitar ölçüyə malik olduğunu göstərir.
Xartiya çərçivəsində iqtisadiyyat və ticarət, enerji, bağlantılar və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə üzrə İşçi Qruplarının yaradılması nəzərdə tutulur. Üç ay ərzində layihə siyahılarının və yol xəritələrinin razılaşdırılması planlaşdırılır. Bu, sənədin deklarativ deyil, icraya yönəlmiş xarakter daşıdığını göstərir. İldə ən azı bir dəfə keçiriləcək görüşlər və əlavə dialoq platformaları tərəfdaşlığın davamlı və dinamik xarakter almasını təmin edəcək.
ABŞ-ın Vitse-prezidenti Vensin ölkəmizə səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan–ABŞ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu əməkdaşlıq modeli regional sülhün möhkəmləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal transformasiya və müdafiə sahəsində koordinasiyanın dərinləşdirilməsi kimi çoxşaxəli istiqamətləri əhatə edir.
Prezident İlham Əliyevin bəyanatında səslənən əsas fikirlər ondan ibarətdir ki, Azərbaycan dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlığı yalnız siyasi prestij kimi deyil, uzunmüddətli inkişaf strategiyasının əsas elementi kimi görür. Bakı–Vaşinqton xəttində formalaşan bu yeni mərhələ təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avrasiya məkanı üçün yeni imkanlar vəd edir.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

