Azərbaycan - Serbiya münasibətləri yüksək səviyyədədir
17.02.2026 [19:27]
Məlumdur ki, Ölkəmizlə Serbiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimizin əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri isə iki ölkənin əlaqələrini daha da gücləndirəcək.
Qeyd edək ki, strateji səviyyədə olan siyasi dialoq, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlıq Azərbaycan - Serbiya münasibətlərinin davamlı inkişafının sübutudur. Hazırda Azərbaycan - Serbiya münasibətləri yüksək səviyyədədir, hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Aleksandar Vuçiçin qarşılıqlı səfərləri və şəxsi dostluğu bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasına şərait yaradıb.
Yeri gəlmişkən, xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etməsi mədəni-humanitar dostluğa dərin hörmətin ifadəsi hesab edilə bilər. Azərbaycan və Serbiya dövlət başçılarının keçirilən təkbətək görüşündə yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı ilə bağlı faydalı müzakirələr aparılıb, siyasi-iqtisadi və humanitar platformalarda ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını vəziyyəti müsbət dəyərləndirilib. Belqradda Prezident İlham Əliyevin və Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi də mühüm siyasi-iqtisadi hadisə hesab edilə bilər. Tərəflər Şurada bir sıra mühüm mesajlar verməklə yaxın dostluq əlaqələrinin daim irəli getdiyini vurğulayıblar. Prezident Aleksandar Vuçiçin vurğuladığı kimi bu tədbir xüsusi önəm daşıyır. “Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik” ifadəsi Azərbaycana olan böyük ehtiram və etimadın nümunəsi deməkdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan və Serbiya dost ölkələrdir, bu dövlətin milli bayram günündə rəsmi səfərin baş tutmasının özü aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir: “Dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur. Bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür. Serbiya xalqını və Prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Ölkə Prezidentin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçiliyini, dövlət qurumlarını gücləndirir. Biz bunu müşahidə etməkdən çox şadıq, çünki Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın bugünkü ilk iclası da qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir”.
Azərbaycan Prezidenti həmkarı Vuçiçlə geniş müzakirələr apardığını bildirib və onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsinin güclü təəssürat yaratdığını xatırladıb. Belə ki, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmaq hədəflərə maksimum dərəcədə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Ölkələrimizin əlaqələrində təbii ki, enerji sahsində də əməkdaşlıq mühüm yer tutur. Serbiya Azərbaycandan təbii qaz alan Avropa ölkələrindən biridir. Enerji sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Ən əsası, aparılan müzakirələr, mübadilə edilən sənədlər Azərbaycan - Serbiya əlaqələrini daha da gücləndirəcək!
Arif Cəfərzadə,
YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

