Azərbaycanın uğurlu enerji siyasəti
02.06.2026 [15:38]
1 iyun 2026-cı il tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışında Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar, həyata keçirdiyi qlobal layihələr və gələcəyə hesablanmış strateji bir daha diqqətə çatdırıldı. Həmçinin ölkə başçıs çıxışda ölkəmizin enerji təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı nailiyyətləri qeyd etdi.
Prezident cənab İlham Əliyev vurğuladı ki, bu gün dünyanın nüfuzlu enerji platformalarından birinə çevrilən Bakı Enerji Həftəsinin təməli məhz Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Otuz il əvvəl imzalanmış “Şahdəniz” müqaviləsi Azərbaycanın müasir qaz sənayesində yeni mərhələnin başlanğıcı olub və ölkəmizi qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçılarından birinə çevirib.
Neft və qaz istehsal edən ölkələrin və şirkətlərin əsassız tənqid olunması düzgün yanaşma deyil. Əsas məsələ təbii sərvətlərin mövcudluğu deyil, həmin resurslardan əldə olunan gəlirlərin xalqın rifahına, iqtisadi inkişafa və gələcək nəsillərin mənafeyinə necə yönəldilməsidir.
Ölkə başçısı çıxışda Azərbaycanın keçdiyi inkişaf yolu xüsusi vurğulandı. Qeyd edildi ki, 1994-cü ildə ölkə ağır iqtisadi və siyasi vəziyyətlə üz-üzə idi. İşğal altında qalan torpaqlar, bir milyondan çox qaçqın və məcburi köçkün, yüksək yoxsulluq və işsizlik səviyyəsi Azərbaycanın qarşısında ciddi çağırışlar yaratmışdı. Lakin həyata keçirilən uzaqgörən enerji strategiyası sayəsində ölkə qısa müddətdə böyük inkişaf yolu keçərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Həmçinin bu gün Azərbaycanın iqtisadi göstəriciləri də uğurlu siyasətin nəticəsini nümayiş etdirir. Yoxsulluq səviyyəsinin 5 faizə qədər azalması, xarici borcun minimum həddə endirilməsi, strateji valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi ölkənin maliyyə dayanıqlığının göstəricisidir. Bütün bunlar təbii sərvətlərdən səmərəli istifadə və milli maraqlara əsaslanan siyasətin nəticəsidir.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi inkişafla məhdudlaşmır. Enerji gəlirləri hesabına ölkədə güclü ordu formalaşdırılıb, ərazi bütövlüyü bərpa olunub və işğal altında olan torpaqlar azad edilib. Bu fakt təbii sərvətlərin düzgün idarə olunmasının dövlətin təhlükəsizliyi və gücü üçün nə qədər vacib olduğunu göstərir.
Çıxışda enerji təhlükəsizliyi məsələlərinə də geniş yer verildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi layihələrin Avropa və region ölkələrinin enerji təminatında mühüm rol oynadığı vurğulandı. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş statusunu daha da möhkəmləndirir.
Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələrdən də bəhs edərək bildirdi ki, ölkə yalnız neft və qaz ixracatçısı deyil, həm də yaşıl enerji istehsalçısı və ixracatçısına çevrilmək istiqamətində mühüm addımlar atır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji layihələri, günəş və külək elektrik stansiyalarının tikintisi, həmçinin Qara dəniz və Mərkəzi Asiya istiqamətində enerji kabeli layihələri bu strategiyanın tərkib hissəsidir.
Cənab Prezidentin çıxışı bir daha bəyan edir ki, Azərbaycan enerji resurslarından yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də milli inkişafın, beynəlxalq əməkdaşlığın və regional sabitliyin mühüm aləti kimi istifadə edir. Bu gün ölkəmiz enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, böyük nəqliyyat və logistika layihələrinin təşəbbüskarı, eyni zamanda yaşıl enerji keçidinə töhfə verən məsuliyyətli dövlətdir.
Beləliklə Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların davamlı xarakter daşıdığını və ölkəmizin gələcəkdə də qlobal enerji xəritəsində mühüm mövqeyini qoruyacağını nümayiş etdirir. Həyata keçirilən tədbirlər Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsasını təşkil edir. Ölkəmizin enerji siyasəti uğurla həyata keçirilir.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

