Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatının fəal gəncləri növbəti xeyriyyə aksiyasını keçiriblər

YAP Gəncə şəhər təşkilatının fəal gəncləri növbəti xeyriyyə aksiyasını keçiriblər

03.07.2014 [10:08]

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının fəal gəncləri növbəti xeyriyyə aksiyası keçiriblər. Gənclər Qocalar Evinə gedərək, bir qrup ahılla birgə Gəncə şəhərinin Heydər Əliyev Park Kompleksinə gəliblər. Aksiya iştirakçıları Ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən mehribanlıqla və gülərüzlə qarşılanan qocalar burada Ulu öndərin həyatı, ictimai-siyasi fəaliyyəti əks olunan şəkillərə, slaydlara baxıblar. Mərkəzdə gənclər üçün “TOEFL”, “İELTS” kursları, müasir kitabxana, xalçaçılıq tədris otağı ilə tanış olduqdan sonra, burada yerləşən əyləncəli “10D Cinema”da maraqlı film izləyiblər.
Sonda gənclər və yaşlılar birlikdə Park Kompleksdə yerləşən “La Rocco” kafesində çay süfrəsinə dəvət olunublar.

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30