“Azercell”in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
21.02.2025 [19:12]
Azərbaycanın milli komandası 2024-cü ildə İnformatika fənni üzrə beynəlxalq olimpiadalarda yüksək nəticələr nümayiş etdirərək ölkəmizə 9 medal qazandırıb. Şagirdlər nüfuzlu müsabiqələrdə 1 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülüblər.
Məktəblilərimiz informatika fənni üzrə yarışlara Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və “Azercell”in 2017-ci ildən etibarən təşkil etdiyi xüsusi təlimlərdə hazırlaşırlar. Eyni zamanda, gənc qızların bu sahəyə marağını artırmaq üçün son üç ildə qızlardan ibarət milli komandamızın da Avropa Qızlar İnformatika Olimpiadasına hazırlığı təşkil edilir. Qeyd edək ki, ötən il Niderlandda baş tutan bu yarışda qızlarımız 2 medal qazanmağa müvəffəq olublar.
Bundan əlavə, tərəfdaşlar yeni nəsil İT/İKT mütəxəssislərinin yetişdirilməsi üçün intensiv təlim düşərgələri də təşkil edib. Təlimlərə Bakı ilə yanaşı respublikanın müxtəlif bölgələrindən fərqli yaş qrupundan şagirdlər qatılıblar. İştirakçılar beynəlxalq olimpiada formatında təşkil olunan bu sessiyalarda alqoritmik məsələləri həll edib, yeni trendlərə dair müzakirələr aparıb və nəzəri biliklərin praktiki tətbiqinə yönəlmiş tapşırıqlar yerinə yetiriblər.
Məktəblilərimiz ötən il Beynəlxalq Jautikov Olimpiadası (Qazaxıstan), “Info(1)Cup” proqramlaşdırma müsabiqəsi (Rumıniya), İnformatika fənni üzrə beynəlxalq payız turniri (Bolqarıstan), Mərkəzi Avropa İnformatika Olimpiadası (Çexiya), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (Moldova), Beynəlxalq İnformatika Olimpiadası (Misir), Beynəlxalq Süni Intellekt Olimpiadası (Səudiyyə Ərəbistanı) kimi nüfuzlu yarışlarda iştirak ediblər.
Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandası indiyədək ümumilikdə 84 medal qazanıb.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi “Azercell” səhifəsinə daxil olun.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

