Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılıb
10.03.2026 [14:11]
Bu gündən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb. Bu məqsədlə 5 istiqamət üzrə ekspedisiyalar təşkil edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMXDNX) AZƏRTAC-a bildirilib ki, ekspedisiyaların keçirilməsində əsas məqsəd ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, eləcə də aprel, may və iyun aylarında – yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılmasıdır.
Qarölçmə işlərində SİMXDNX-nin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərindən ibarət birgə qruplar iştirak edir.
Ümumilikdə qarölçmə işləri 36 marşrut üzrə həyata keçiriləcək. Bu marşrutların 16-sı Böyük Qafqaz, 7-si Kiçik Qafqaz, 8-i Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq əraziləri, 5-i isə Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərini əhatə edir.
Tədqiqatlar Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba və Qusar, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan Kəlbəcər, Laçın, Şuşa və Xocavənd rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz və Ordubad rayonlarında yerləşən çay hövzələrində aparılacaq.
Qarölçmə işləri zamanı qar örtüyünün hündürlüyü və çəkisi ölçüləcək, həmçinin qarın sıxlığı və sululuq ehtiyatları müəyyənləşdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42

