Könüllülər harada təcrübə keçməlidirlər?
03.02.2022 [10:11]
Bu, kadr hazırlığı üçün də çox önəmlidir
Pərviz SADAYOĞLU
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan bu fəaliyyətin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücünün məhz gənclər olması sirr deyil. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğuna diqqət ayıran Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə təxminən, 20 min gənc könüllü olaraq çalışıb və indi də onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə fəaliyyət göstərməkdədirlər.
Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu hərəkat cəmiyyətdə yeni davranış qaydalarını təbliğ edir. Yeri gəlmişkən, Azərbaycanda könüllər hərəkatı ölkəmizdə keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərdə əhəmiyyətli fəaliyyəti ilə seçilib. Bununla yanaşı, hərəkatın genişlənməsi, tanınması və təbliğində “ASAN xidmət” mərkəzlərinin rolu olduqca böyükdür. Belə ki, bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu təcrübə digər dövlət və özəl təşkilatlar üçün də bir nümunəyə çevrilməlidir. Çünki belə təcrübələr həm də gənclərin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti mühüm uğurları ilə yadda qalıb. Millət vəkili vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilib. Gənclərin yüksək səviyyəli təhsil almaları, milli-mənəvi ruhda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakçısı kimi rol almaları məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edib: “XXI əsr elm, təhsil, innovativ təşəbbüslər əsridir. Bu mənada ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır. Bu mənada, ölkəmizdə getdikcə daha geniş vüsət alan könüllülük hərəkatı xüsusi yerə malikdir. Böyük könüllülər ordusu respublikamızın uğurla ev sahibliyi etdiyi Avroviziya mahnı müsabiqəsi, birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının, eləcə də bir sıra digər beynəlxalq tədbirlərin keçirilməsinə fəal dəstək verib. “ASAN xidmət” mərkəzlərində isə könüllülük hərəkatının sanki yeni bir mərhələsi başladı. Hazırda bir sıra dövlət qurumlarının fəaliyyətində də könüllülər yaxından iştirak edirlər. Könüllü kimi əmək fəaliyyətinə başlayan gənclər yaxşı təcrübə toplayır, müsbət vərdişlər, ünsiyyət bacarığı qazanırlar ki, bu da sonradan onların karyera qurmalarına, müxtəlif vəzifələrə irəli çəkilmələrinə müsbət təsir göstərir. Prezident İlham Əliyev də hər zaman vurğulayıb ki, “ASAN xidmət”, eyni zamanda, bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir”.
Ş.İsmayılov onu da qeyd edib ki, bu gün minlərlə gənc könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir. Onun fikrincə, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçməlidir. Bununla yanaşı, gənclərin özəl sektorda da fəaliyyəti gücləndirilməlidir. Bu addım yetişən gənc kadrlarda hazırlıq prosesinin daha da sürətlənməsinə səbəb ola bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

