Biz gənclərin üzərinə yeni vəzifələr düşür
04.02.2022 [10:45]
Bəxtiyar İslamov: Azərbaycanda dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil formalaşıb
Nardar BAYRAMLI
Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilik və bacarıqlı gənc nəsil formalaşıb. Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib. Həmsöhbətimiz olan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla söhbətimiz Azərbaycan gəncliyinin cəmiyyətdəki mövqeyi, gənclərin inkişafı ilə bağlı atılan addımlar və s. məsələlərlə bağlıdır.
Əvvəlcə qeyd edək ki, Bəxtiyar İslamov 2001-2012-ci illərdə Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbdə təhsil alıb. 2012-2017-ci illərdə ADA Universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsilini bitirib. 2014-cü ildə Mübadilə Proqramı ilə Macarıstanın Budapeşt şəhərində, Corvinus Universitetində təhsil alıb. 2018-2020-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti ilə Hökumətlərarası Təqaüd Proqramı ilə Çin Xalq Respublikasının Pekin şəhərində, Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin Beynəlxalq İdarəetmə ixtisası üzrə magistr təhsilinə yiyələnib. 2019-cu ildə isə Koreya Respublikasının Seul şəhərində, Koreya Universitetində Rəqəmsal İnnovasiyalar üzrə ixtisas kursunu bitirib.
2014-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində təcrübə keçib. 2015-ci ildə Bakı-2015 ? Avropa Oyunları Əməliyyat Komitəsində Tədbir Xidmətləri meneceri vəzifəsində işləyib. 2016-cı ildə Uqandada (Mərkəzi Afrika) TİKA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Əhalinin təmiz su ehtiyatlarına çıxışının təmin edilməsi” layihəsinin rəhbəri olub. Həmin ildə Gəncə şəhərində həyata keçirilən “I Beynəlxalq Startap Akademiyası” layihəsinin təşkilati komitəsinin rəhbəri olub. 2016-2018-ci illərdə “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərib. 2016-cı ildən “ASAN Könüllüləri” Gənclər Təşkilatının idarə heyətinin üzvüdür. 2019-cu ilin iyun ayından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb.
Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın 30 nəfərdən ibarət Gənclər Birliyinin yeni tərkibi formalaşıb və 2021-ci ilin 11 mart tarixində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin təqdimatı əsasında partiyanın İdarə Heyəti tərəfindən YAP Gənclər Birliyinin sədri kimi təsdiqlənib. B.İslamov bildirib ki, YAP Gənclər Birliyinin yeni formalaşan heyəti müasir dövrün çağırışlarına, yeniliklərə, innovasiyaya açıq, kifayət qədər bilik və təcrübəyə, potensiala malik olan gənclərdən ibarətdir. Eyni zamanda, onlar öz tarixi köklərinə, milli adət-ənənələrinə bağlı olan gənclərdir. Ona görə də biz fəaliyyətimizdə yenilikçi ənənələrin, müasir dövrün çağırışlarının, texnologiyaların və innovasiyaların verdiyi imkanlardan istifadə edərkən milli adət-ənənələrimizə, tarixi köklərimizə də hər zaman istinad edirik. YAP Gənclər Birliyi milli maraqlarımızı, dövlətçilik ənənələrimizi, azərbaycançılıq məfkurəsini, eyni zamanda, ölkəmizdə aparılan gənclər siyasətini əhatə edən bir fəaliyyət həyata keçirir.
Azərbaycanda gənclərin cəmiyyətin bütün sferalarında aktiv iştirak etdiyini deyən B.İslamovun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir: “Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Bu gün ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edib. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Azərbaycan gəncliyi beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir”.
YAP Gənclər Birliyinin sədri qeyd edib ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində də öz sözünü dedi: “Vətən müharibəsində Azərbaycan gəncliyini sanki yenidən tanıdıq, böyük milli potensialımızı üzə çıxardıq. Reallıq göstərdi ki, Azərbaycanın müstəqilliyi dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişib. Müharibədə iştirak edən gənclər cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər idi. Döyüşlərdə partiyamızın üzvü olan çoxlu sayda gənclər də iştirak edərək şəhid və ya qazi oldular. Belə bir gənc nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz”.
B.İslamov Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyevin gənclər qarşısında parlaq çıxış etdiyini söyləyib: “Həmin Forumda iştirak etməkdən qürur duyuram. Forum maraqlı formatda təşkil olunmuşdu. Prezidentimiz İlham Əliyev gənclər qarşısında çıxış etdi, gənclərin çoxsaylı suallarını cavablandırdı. Dövlətimizin başçısı gənclərə dəyərli tövsiyə və tapşırıqlarını verdi, indiki gəncləri necə görmək istədiyini söylədi. Düşünürəm ki, Prezidentimizin tövsiyə və tapşırıqları biz gənclərin qarşısında yeni vəzifələr müəyyənləşdirir. Vətən müharibəsinə qədər gənclərin əsas vəzifəsi torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin inkişafına töhfələr verilməsi, Azərbaycan həqiqətlərinin dünyada təbliğatı idi. Amma müharibədən sonra üzərimizə yeni vəzifələr düşür. İlk növbədə, müharibənin yaratdığı yeni reallıqları təbliğ etməliyik. Forumda Prezidentimiz də qeyd etdi ki, gənclərin üzərinə düşən əsas vəzifələrdən biri ərazi bütövlüyümüzün qorunması, müstəqilliyimizin daha möhkəmləndirilməsi, yeni reallıqların təbliğidir.
Biz gənclər olaraq bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq. Bilirsiniz ki, Vətən müharibəsi dövründə gənclər təkcə ön cəbhədə yox, informasiya cəbhəsində də mübarizə aparırdılar. Gənclərimiz informasiya cəbhəsində də böyük qələbə qazandılar. O vaxtlar belə bir mif var idi ki, ermənilər bu sahədə güclüdür. Amma erməni ordusu döyüşlərdə uduzduğu kimi, informasiya müharibəsində də məğlub oldu. Prezidentimiz Forumda informasiya müharibəsinin sonsuz olduğunu dedi. İndi bizim üzərimizə düşən əsas vəzifələrdən biri informasiya müharibəsində bundan sonra da fəal olmaq, həmişə qələbə qazanmaqdır. Biz İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbəni və yaranan yeni reallıqları əsaslandırılmış şəkildə beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Xaricdə yaşayan, təhsil alan gənclərimiz də bu prosesin aktiv iştirakçısına çevrilə bilərlər”.
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

