Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan öhdəlik götürüb

Ermənistan öhdəlik götürüb

08.02.2022 [10:15]

İrəvan Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumat verməlidir

Nicat

Fevralın 4-də  Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüş zamanı mühüm məsələlər müzakirə edildi. Dövlətimizin başçısının diqqət yetirdiyi məsələlərdən biri də  Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi oldu. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabartdı.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb: “Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır”.

Məlumatda qeyd edilir ki, Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir: “Qeyd olunmalıdır ki, cari il fevralın 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənmişdir”.

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Ermənistan tərəfi bu zamana qədər bəhs olunan istiqamətdə faktiki olaraq heç bir real addım atmayıb: “Hətta bunun gizlədilməsini, belə bir faktın olmadığını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırıblar. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana qarşı təzyiq etməyiblər və İrəvan qarşısında konkret tələb qoymayıblar”.

 “Lakin İkinci Qarabağ savaşında Azərbaycanın qələbə çalması reallıqları tamamilə dəyişdirdi. Azərbaycan zəfər qazanmasına baxmayaraq, yenidən humanist addım atdı və Ermənistan tərəfini sülhə çağırdı. Bu gün də faktiki olaraq regionda uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycan real addımlar atır. Ermənistan da yaratdığımız yeni reallıqlara uyğun davranmaq məcburiyyətində qalıb”,-deyə millət vəkili əlavə edib.

N.Həmzəyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan erməni əsirlərin qaytarılmasını mütəmadi olaraq həyata keçirir: “Təəssüflər olsun ki, Birinci Qarabağ savaşı zamanı əsir götürülmüş və yaxud itkin düşmüş vətəndaşlarımız, hərbçilərimizlə bağlı Ermənistan tərəfindən hansısa bir real addımı görmürük, onların taleyi barədə heç bir məlumat vermirlər. Ancaq düşünürəm ki, yeni reallıqların fonunda Ermənistan bu məsələyə münasibət bildirəcək və həmin şəxslərin taleyi ilə bağlı Azərbaycan tərəfinə, beynəlxalq təşkilatlara məlumat verəcək. Çünki yeni situasiya bunu diktə edir”.

“Prezident İlham Əliyev bu məsələni gündəmdə saxlayır, mütəmadi olaraq ikitərəfli və üçtərəfli görüşlərdə məhz əsir və itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı məsələ qaldırır”, - deyən N.Həmzəyev söyləyib ki, Ermənistan öhdəlik götürüb və buna əməl etməlidir.

Paylaş:
Baxılıb: 721 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30