Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səfirlik: "Separatçı Arutyunyanı Rusiyada heç bir dövlət rəsmisi qəbul etməyib"

Səfirlik: "Separatçı Arutyunyanı Rusiyada heç bir dövlət rəsmisi qəbul etməyib"

10.02.2022 [15:23]

Azərbaycanın Rusiyadakı Səfirliyi özünü qondarma “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı açıqlama yayıb.

Səfirlikdən verilən məlumata görə, açıqlamada deyilir:

"Özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı aşağıdakıları bildiririk.

Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlmiş və burada bəzi soydaşları ilə görüşmüşdür.

Qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməmişdir.

Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir".

Paylaş:
Baxılıb: 1084 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31